“Leyla və Arif Yunusun ölkəni tərk etməsi barədə məlumatı bu gün səhər aldıq. Dünən Ali Məhkəmə bununla bağlı qərar verib və bizim iştirakımız olmadan bizim kassasiya şikayətimizə baxaraq şikayəti təmin edib”. Bu sözləri Amerikanın Səsinə müsahibəsində bu gün müalicə üçün Holladiyaya gedən hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həbsdə olduqları müddətdə səhhətləri xeyli pisləşən Leyla və Arif Yunusun ölkədən çıxma səbəbləri müalicələri ilə əlaqədardır. Təcili əməliyyata ehtiyacları olduğuna görə onların ölkədən çıxmasına icazə verilməsi üçün məhkəməyə müraciət etdiklərini bildirən vəkil buna baxmayaraq müraciətlərinin nə Yasamal Rayon Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edildiyini diqqətə çatdırıb:
“Artıq biz bununla bağlı Ali Məhkəməyə mrüaciət etmişdik və orada da əsaslandırmışdıq ki, artıq hər iki şəxs ölüm riski ilə üz-üzədir və hazırda onların müalicələrinin davam etməməsi ölüm riskini artırmaqla yanaşı, konvensiyanın 3-cü maddəsini də pozur. Yəni bu maddə ilə işgəncə qadağandır və müalicə almağa imkan verilməməsinin özü də işgəncə, qeyri-insani rəftar kimi qiymətləndilirilir”.
Ali Məhkəmənin qəbul etdiyi qərarın vəkillərə verilməməsini bildirən Elçin Sadıqov deyib ki, onların geri qayıtmasına dair hər hansı şərtin qoyulduğuna inanmır. Belə ki, onlar müalicə aldığı müddətdə xaricdə qala biləcəklər.
Hər ikisinin səhhəti ağırlaşmışdı. Son günlər həkim Vitin özü də Bakıda idi. Həkim Vit onları müayinə edib rəy tərtib etmişdi. Onların ölkədən çıxmasına ən böyük təkan da həmin rəy oldu. Rəylə hökumətin özü də razılaşdı ki, artıq hər iki şəxsin dərhal əməliyyat olunması vacibdirVəkil Elçin Sadıqov
“Hər ikisinin səhhəti ağırlaşmışdı. Son günlər həkim Vitin özü də Bakıda idi. Həkim Vit onları müayinə edib rəy tərtib etmişdi. Onların ölkədən çıxmasına ən böyük təkan da həmin rəy oldu. Rəylə hökumətin özü də razılaşdı ki, artıq hər iki şəxsin dərhal əməliyyat olunması vacibdir”.
İlkin məlumata görə müalicənin Amsterdamda aparılacağını deyən vəkil sonradan onların müalicəni Almaniyada da davam etdirə biləcəyini istisna etməyib.
Elçin Sadıqov Arif Yunus və Leyla Yunusun təqsirli olmadığını və bununla bağlı Ali Məhkəməyə kassasiya şikayətinin verildiyini bildirib.
“İttihamların hamısı əsassızdır. Onlar cinayət törətməyib. Biz bunu ətraflı olaraq kassasiya şikayətində əsaslandırmışıq və çox ümid edirik ki, may ayında baxılan həmin kassasiya şikayətində də bizim hüquqlarımızın pozulması tanınsın və ədalətli qərar qəbul olunsun” – deyə vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.