Accessibility links

Bitki pəhrizi saxlayanların sayı artmaqdadır


Bitki pəhrizi saxlayanların sayı artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Dünya boyu bitki pəhrizi artmaqdadır. Araşdırmalar şirkəti “Global Data”nın bildirdiyinə görə, amerikalıların 6 faizi vegeteriandır. Onların sayı o qədər də çox olmasa, son bir neçə ildə bu rəqəm durmadan artır. Buna görə də Kaliforniyada fəaliyyət göztərən ərzaq şirkətinin istehsal etdiyi məhsullara tələbatın artması gözlənilməz hadisə deyil.

Bu, McDonalds-da yediyimiz toyuq ətindən hazırlanmış Chicken Nuggets”dir. Gələcəkdə bu toyuq ətini hüceyrələr və bitki əsaslı zülallarla qarışdıraraq hazırlamaq olar.

Bu, Kaliforniya ştatının San-Fransisko şəhərindəki “JUST” şirkətinin bitki əsasında istehsal etdiyi ərzaq məhsullarından biridir. Şirkətin baş direktoru Coşua Tetrik: “Bu gün, dünya boyu əhalinin artımı, su sistemində problemlərin və torpaqlara təzyiqin olduğu bir vaxt bizim daha əlverişli yollar axtarmağımız lazımdır. Yəni daha təmiz, daha təhlükəsiz yollar. İnsan heyvanı öldürmədən, torpağa zərər vermədən ərzaq əldə edə bilər.”

Şirkətin qutularla dolu laboratoriyaları süpermarketin ərzaq şöbəsi kimi görünür. Burada saxlanan yosun tozu protein üçün yaxşı bir alternativdir.
Çətənə toxumları “Parmesan” pendirinı əvəz edə bilər. Burada çoxlu lobya da var. “JUST” şirkətindən Udi Lazimi “Bura bizim bitki laboratoriyamızdır. Beləliklə, bizim şirkətin işi dünya boyu bitkiləri öyrənib onların ərzaq sistemində funksional applikasiyalar üçün istifadələrini müəyyən etməkdir. Funksional deyəndə, əsas sual budur ki, bu yağları parçalaya bilirmi? Bu yumurta, yaxud süd məhsullarında da bu işləri görə bilirmi?”

Şirkət həmçinin bitkidən yumurta və mayonezin hazırlanmasını da sınaqdan keçirir. Bunlar gözəl fikirlərdir, lakin sonda hər şey daddan asılıdır. “Dadlıdır. Tərkibi də eynidir. Bunu etmək çətindir. Dediyim kimi, bunlar bitki əsaslıdır, sağlamdır. Mən bilirəm, bu bizim üçün, bütün planetimiz üçün sağlamdır” deyə, aşpaz Ceyson Holl bildirir.

Hazırda isə problem bu toyuğun 450 qramının 100 dollar olmasıdır. Lakin “JUST” şirkətinın dediyinə görə, istehsal artdıqca buradakı toyuğun da qiyməti mağazalarda satılan adi toyuğun qiymətində olacaq.

Vegeterianların bu toyuğu alıb-almamaları isə sual altındadır, çünki bu toyuğun hazırlanmasında toyuq ətinin hüceyrələrindən istifadə edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG