Accessibility links

Vaynşteyn mülkü iddiaları dayandırmaq üçün $44 milyon dollar ödəyəcək


Mətbuatdan əldə edilən məlumata görə sabiq Hollivud film moqulu Harvi Vaynşteyn seksual təcavüz hallarından qaynaqlanan mülkü iddiaları dayandırmaq üçün $44 milyon dollar dəyərində sınaq razılaşmasına nail ola bilib.

Razılaşma ilə yaxından tanış olanlar bildirib ki, plan Vaynşteyn və təcavüz edildiyini iddia edən tərəflər, Weinstein Co. şirkətinin işçiləri və bankrotluq elan etməzdən əvvəl onun şirkəti ilə əməkdaşlıq edən kreditorlar arasında müzakirə edilib.

Biz prinsipcə bütün tərəflərin üzərində razılaşdığı sövdələşmə əldə etmişik.
Adam Harris, vəkil

Məlumatda deyilir ki, razılaşma üçün tələb olunan məbləğ Weinstein Co. şirkətinə məxsus sığortalarda daxil olmaqla sığorta müqavilələrindən ödəniləcək.

$44 milyon dollar dəyərində razılıq Vaynstinə qarşı irəli sürülən cinayət ittihamlarını aradan qaldırmır.

Cinsi təcavüz skandalında adı hallanan məşhur Hollivud prodüsseri Harvi Vaynşteyn üç qadını zorlamaq ittihamları ilə üzləşib.

Vaynşteynin öz vəzifəsindən sui-istifadə edərək qadınlara təcavüz etməsi dünya boyu "Me Too" (Mən də) hərəkatına start verib.
Vaynşteynin öz vəzifəsindən sui-istifadə edərək qadınlara təcavüz etməsi dünya boyu "Me Too" (Mən də) hərəkatına start verib.

The New Yorker məcmuəsinin yazdığına görə, zorlama iddiaları ilə qarşılaşan vaynşteyn on illər ərzində 13 qadına qarşı seksual təcavüzə görə günahlandırılır.

Məlumatda bildirilir ki, Weinstein Co. və Miramax şirkətlərinin 16 sabiq və hazırlı işçisi ya onun etdiklərinin şahidi olub, ya da bu haqda eşidib.

New York Times-da çıxan məqalədən sonra Harvi Vaynşteyn şirkətin idarə heyyəti üzvləri tərəfindən işindən kənarladırılıb.

XS
SM
MD
LG