"Avrasiyanın Şərqi ilə Qərbini birləşdirən 3 nəqliyyat marşrutu var. Bunlar arasında ən səmərəlisi və ən qısası Azərbaycan ərazisindən keçən mərkəzi dəhlizidir". Bu sözləri Vaşinqtondakı Cons Hopkins Universitetdə keçirilən "Azərbaycan Mərkəzi Avrasiyada regional mərkəz kimi: Avro-Asiya ticarət və nəqliyyatının strateji qiymətləndirilməsi" mövzusunda konfransda, eyni adlı kitabın müəllifi Taleh Ziyadov deyib.
Universitetin Mərkəzi Asiya və Qafqaz İnstitutunda keçirilən tədbirdə çıxış edən cənab Ziyadov keçmışın "İpək Yolu" ilə gələcəyin "İpək Yolu" arasında ciddi fərqlərin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda maddi baxımdan ən sərfəli daşınma vasitəsi dəniz yoludur və buna görə də mərkəzi nəqliyyət marşrutu ən önəmli dəhlizlərdəndir. O, Azərbaycanı güclü regional mərkəzə çevirən amillərin ən başlıcasının coğrafi məkanı ilə bağlı olduğunu bildirib: "İkincisi şübhəsiz bizim neft və qaz hasilatlarımızdır. Bundan təyyarələr və digər nəqliyyat şəbəkələrində istifadə etmək olar. Başqa sözlə, yüklərin doldurulması, təyyarələrin enib benzin doldurması üçün Azərbaycan çox gözəl şəraitə malikdir. Digər tərəfdən də Azərbaycan digər ölkələrə yaxındır. Azərbaycan Rusiya, İran, Türkiyə və Çin kimi iqtisadiyyatlara yaxın bir ölkədir".
Bu amilləri əsas götürən Taleh Ziyadovun sözlərinə görə, həm yaxın ölkələr arasındakı ticarəti, həm də Azərbaycanda istehsal edilən malların bu ölkələrə ixracı üçün Azərbaycan çox gözəl bir mərkəz ola bilər.
Qeyri-neft sektorundan söhbət açan ekspert bu haqda düşünərkən, həm informasiya texnologiyaları, həm nəqliyyat, həm kənd təsərrüfatı və s. sahələri birgə fikirləşmək lazım olduğunu deyib: "2020-2030-cu illərdəki Azərbaycanı necə görmək istəyiriksə, onun layihəsini indi planlamaq lazımdır və o zamanın Azərbaycanında qeyri-neft sektorunun hansı sahəsinin inkişaf etməsini istəyiriksə, yaxşı tədqiqat apararaq, indidən o istiqamətdə işlər görülməlidir".
Hazırda Kembriç Universitetinin tədqiqatçısı olan Taleh Ziyadov nəqliyyat yolunun inkişafını iqtisadi əlaqələrin istiqamətinə uyğun müəyyən etməli olduğunu bildirib.
Ekspert habelə hesab edir ki, Azərbaycan öz şəbəkəsi ilə yanaşı qonşu ölkələrlə olan bütün şəbəkələri özünə uyğunlaşdırmalıdır.
Bəs görəsən bu gün Bakı nə üçün Dubay və Poti kimi bir limana çevrilə bilmir? "Dubay, Poti və Sinqapur. Bunlar okeana çıxışı olan liman şəhərləridir. Xəzər dənizi isə bir göldür. Şübhəsiz buradakı ticarət də məhduddur"-deyə o bildirib.
Bakı limanının Ələtə körülməsinə də diqqət çəkən cənab Ziyadov Ələt limanının dəniz limanı ilə yanaşı, bağlı liman kimi də, yəni yarı-liman kimi nəzərdə saxlamaq lazım olduğunu bildirib.
O Ələtdə gəmilərdən başqa, logistik mərkəzin olacağını, habelə bütün nəqliyyat şəbəkələrinin buraya bağlanacağını dilə gətidib. Ekspert gələcəkdə Ələtdə hava limanının inşasını da istisna etməyib.