Cümə günü ABŞ-ın şərqində böyük qar çovğunu gözlənilir.
“Bu, ölkənin üçdə birinə, təxminən 50 milyon insana təsir edəcək. Hava çox soyuq olacaq, qar yağacaq və güclü külək əsəcək. Bu isə çox təhlükəli vəziyyət yarada bilər,” deyə Milli Hava Xidmətinin direktoru Louis Uccelini bildirib.
Qar çovğunu nəticəsində Vaşinqtonda qarın hündürlüyü 60 santimetrə çata bilər.
Hazırlıqlar artıq bu həftənin əvvəli 2 santimetr qalınlığında qar yağaraq, yol hərəkətində böyük problemlərə səbəb olandan sonra başlanıb.
Bundan əlavə qar çovğunun bazar gününədək ərazidə işıqların sönməsinə səbəb olacağı və yol hərəkətində problemlər yaradacağı gözlənilir.