Federal Təhqiqat Bürosu (FBI) öldürülən şübhəlinin Texasdan olan 34 yaşlı kontraktor Aaron Aleksis olduğunu bildirir. Amma rəsmilər hələ də onun haqda əlavə məlumat arayırlar və ictimaiyyətdən bu istiqamətdə kömək istəyirlər.
ABŞ Hərbi Donanmasının yaydığı məlumata əsasən Aleksis 2007-ci ildən 2011-ci ilədək ehtiyat qüvvələrində xidmət edib. 2001-ci il 31 yanvarda o, Donanma sıralarını tərk edib və Fort Worth şəhərində 46 nömrəli briqadada əməliyyat şöbəsində çalışmağa başlayıb.
Vaşinqton meri Vinsent Qrey Aleksisin polislə atışma zamanı öldürüldüyünü deyir.
Polis hadisəni törətməkdə şübhəli bilinən mümkün ikinci şəxsin axtarışının davam etdirildiyini bildirib. Həmin adamın 40-50 yaşlar arasında afro-amerikalı olduğu güman edilir.
Vaşinqton şəhərinin polis idarəsinin rəisi Keti Lanier yaralananların sayını təsdiq etməyib, lakin bildirib ki, bir polis zabiti də daxil olmaqla onların hamısının sağalacağı gözlənilir.
Keti Lanier Federal Təhqiqatlar Bürosunun təhqiqat apardığını bidlirib. Təhlükəsizlik qüvvələri bazada axtarışı davam etdirir.
Vaşinqton şəhərinin meri Vinsent Qrey ABŞ Hərbi Dəniz qüvvələrinin komandanlığının qərargahında baş vermiş hadisə nəticəsində bir neçə nəfərin həyatını itirdiyini bildirib. Mediada ölənlərin sayının altı nəfərə çatdığı haqda məlumat verilib.
Ağ Evdə danışan prezident Obama federal və yerli rəsmilərə hadisəni törəndələrin tez zamanda ədalət məhkəməsi qarşısına çıxaılması üçün birgə iş aparması haqda göstəriş verdiyini deyib. ABŞ prezidenti daha bir kütləvi atışma hadisənin baş verdiyini deyib. O əlavə edib ki, hadisə qurbanlarının ailələri və yaxınlılarının Amerikanın sevgisi və dəstəyinə ehtiyacı var.
ABŞ Hərbi Dəniz qüvvələrinin öncə verdiyi məlumata əsasən, naməlum silahlı şəxs komandanlığın binasının daxilində səhər atəş açıb. Media hadisənin üç silahlı şəxs tərəfindən törədildiyini bildirir. ABŞ-ın kütləvi informasiya vasitələri dörd adamın öldüyü haqda məlumat verib. Təxminən 14 nəfərin yaralandığı bildirilir. Onlardan birinin polis zabiti olduğu deyilir.
ABŞ Hərbi Dəniz qüvvələrinin komandanlığının bazasında təxminən 3 min adam çalışır. Baza ABŞ Konqresinin binasının iki kilometrliyində yerləşir.
Ağ Ev prezident prezident Barak Obamanın vəziyyəti izlədiyini bildirib.