Dünyanın 25,000-ə yaxın QİÇS üzrə ekspeti, siyasi liderlər və diplomatlar bazar günü başlanacaq beynəlxalq QİÇS konfransına toplaşırlar.
Hər iki ildən bir keçirilən konfrans iyulun 22-27 arasında Vaşinqtonda keçiriləcək. ABŞ-ın paytaxtı Vaşinqton faiz baxımdan Amerikada ən çox adamın HİV-ə yoluxduğu şəhərdir. İnsan immun çatışmazlığı virusu olan HİV adətən QİÇS xəstəliyinə aparır.
Konfransda dövlət katibi Hillari Klinton, sabiq prezident Bill Klinton və sabiq birinci xanım Laura Buş çıxış edəcəklər. Başqa tanınmış natiqlər sırasında Dünya Bankının prezidenti Cim Yonq Kim və Microsoft şirkətinin prezidenti və filantropist Bill Geyts var.
QİÇS insanın immun sistemini dəyişən xəstəlikdir ki, bu, insanların infeksiya və xəstəliklərə asanlıqla yoluxmasına imkan yaradır.
HİV adətən insan bədəninə məxsus mayelərdə olur ki, bu, da qandan qana, cinsi əlaqə, yaxud ananın uşağı əmizdirməsi vasitəsilə bir adamdan o birinə keçə bilər.