Accessibility links

Vandallar Qüdsdə məscidi yandırıblar


İsrail polisi cümə günü Qüdsün ətrafında bir məsciddə "bir otağın yandırılması" və divarda İvrit dilində yazılmış qrafiti ilə bağlı istintaq apardıqlarını açıqlayıb.

Qrafitini çözmək çətin olub, lakin yazının ultramillətçi israillilər tərəfindən yazıldığı güman edilir. Yazının bir hissəsində “Yəhudilər (üçün) yıxmaq? Düşmənləri yıxmaq!” yazılıb. Bunun isə İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin sökülməsinə dair açıq bir eyham olduğu ehtimal olunur.

Məscid ilhaq olunmuş şərqi Qüdsdə yerləşən Beyt Safafa adlı ərəb məhəlləsində yerləşir. İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsində Qərb Sahili ilə birlikdə şərqi Qüdsü də ələ keçirib. Fələstinlilər hər iki bölgəni gələcək dövlətlərinin bir hissəsi olmasını istəyir.

Sərt xətt tərəfdarı israilli millətçiləri daha öncə Qərb sahilində və Qüdsün şərqində fələstinlilərə və onların mülklərinə hücumlarda iştirak ediblər.

XS
SM
MD
LG