Accessibility links

Tomas De Valın Azərbaycanın növbəti 5 ili üçün proqnozları


Tomas De Val
Tomas De Val

Britaniyalı Qafqazşünas 2018-ci ildə Azərbaycanın başqa bir yer olacağını düşünür

Karneqi Beynəlxalq Sülh Fondunun eksperti Tomas De Val Azərbaycanda seçkilərlə bağlı məqaləsinə belə başlayır.
İlham Əliyev
İlham Əliyev

“Sabah Azəbaycanda prezident seçkiləridir. Nəticələr sual doğurmur. Hamı prezident İlham Əliyevin üçüncü dəfə beş illik müddətə prezident seçiləcəyindən əmindir.
Sual “Sonra nə olacaqdır". Əminliklə demək olar ki, 2018-ci ildə Azərbaycan başqa bir ölkə olacaq.”

Britaniyalı Qafqazşünas yazır ki, Azərbaycanın bu gün ümumdaxili məhsul istehsalı 1990-cı illərlə müqayisədə 20 dəfə artıb. Bu ölkə müxtəlif yollarla beynəlxalq arenaya çıxıb, 2012-ci ildən iki illik müddətə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir.

Gələn 5 ildə enerji təchizatı da daxil olmaqla, Azərbaycanın ətraf landşaftı dəyişəcək. Daxildə sosial-iqtisadi problemlərə, siyasi azadlıqların boğulmasına etirazlar artacaq. Azərbaycanın liderliyi tələbləri qarşılamalı, çevikliyə uyğunlaşmalı olacaq.

İlham Əliyevin üçüncü prezidentlik müddətinə təsadüf edəcək növbəti inkişaf fazası əvvəllərlə müqayisədə daha mürəkkəb olacaq. Neft bumu sona çatdıqca Azərbaycan
Avropanın əsas qaz təminatçısı rolunu qazanmağa çalışacaq.

Rəsmi Bakının xarici siyasəti onun qonşularının böyüklüyü ilə müəyyən ediləcək. İranla soyuq əlaqələrə malik olan bu ölkə Rusiya ilə praqmatik münasibətlərə malikdir. Azərbaycan həm də, Qərbin enerji şirkətləri ilə münasibət qurmağa çalışır.
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)

2018-ci ildə Azərbaycan Trans-Adriatik boru xətti (TAP) ilə ildə 10 milyard kub metr qazını Türkiyə vasitəsi ilə Avropa ölkələrinə nəql etməyə başlayacaq. Elə həmin il artıq 2010-cu ildən düşməyə başlayan neft ixracı zəifləyəcək.

TAP layihəsi Azərbaycanı Avropa İttifaqının tərəfdaşı etdikdə onun ABŞ üçün strateji əhəmiyyəti itmiş olacaq. Belə ki, Azərbaycandan tranzit kimi istifadə edən Amerika qüvvələrini Əfqanıstandan çıxaracaq. Vaşinqtonun Tehranla da münsibətlərinin düzəlmə ehtimalları var. Bu isə o deməkdir ki, ABŞ Azərbaycan kimi qonşuları vasitəsi ilə İrana təsirini dayandıracaq.

Növbəti 5 ildə Azərbaycanın qonşuları da dəyişməyəcək. Dağlıq Qarabağ münaqişəsi 25 il sonra adi azərbaycanlıların bir nömrəli narahatlığı olaraq qalacaq.
Seçkilərə 10 namizədin qatılmasına baxmayaraq, əsasən 2 namizəd, - prezident və müxalifətin vahid namizədi səs qazanacaq.

Seçkilər keçirilməsinə baxmayaraq, Azərbaycan demokratik ölkə deyil. Bu il fəallar həbs edilib, müxalifət şəhərin mərkəzində yürüş keçirə bilmir, namizədlərin televiziya ilə kampaniyaları məhduddur.

Rəy sorğularına görə, Azərbaycan əhalisinin 83 faizi prezidentə etimad edir. Respondentlərin 49 faizi hökumət tərəfindən ədalətli münasibətə malik olduğunu hesab edir. 39 faiz bunun əksini düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG