Accessibility links

Vaşinqtonda “Yeni təhlükəsizlik sınaqları, yeni NATO” mövzusunda müzakirələr keçirilib


Vaşinqtonda “Yeni təhlükəsizlik sınaqları, yeni NATO” mövzusunda müzakirələr keçirilib
Vaşinqtonda “Yeni təhlükəsizlik sınaqları, yeni NATO” mövzusunda müzakirələr keçirilib

Vaşinqtonda NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın iştirakı ilə “Yeni təhlükəsizlik sınaqları, yeni NATO” mövzusunda müzakirələr keçirilib. Tədbirdə NATO-nun hərbi strategiyası, vətəndaşların təhlükəsizliyi, ballistik silahların yayılmaması, Almaniyda Amerika hərbiçilərinin hücuma məruz qalmasından sonra NATO-nun yeni taktikaları kimi bır sıra geniş əhatəli məsələlər müzakirə edilib. İştirakçıların suallarını cavblandıran NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay alyansın gələcək planlarını açıqlayıb. O, dünya boyu artmaqda olan problemlərin NATO-nun gələcək fəaliyyətlərinin əsasını təşkil etdiyini deyib. Cənab Appaturay mütəşəkkil çinayətkarlıq, artmaqda olan hücumlar və böyük həcmli vəsaitlərlə həyata keçirilən maliyyələşdirmələri bunlara misal göstərib. O, Rusiyanın da iştirakı ilə bu problemləırin öhdəsindən gəlinməsi yollarının beynəlxalq müzakirələr mövzusu olduğunu bildirib. NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi deyib ki, təəssüflər olsun ki, hələ həll yolları müəyyən edilməyib. NATO-Gürcüstan münasibətləri barədə Appaturay deyib ki, Gürcüstanın alyansa üzvlüyü məsələsi aktualdır.O, son ili NATO-Gürcüstan münasibətləri üçün səmərəli il adlandırıb. Qafqaz ölkələri kimi kiçik ölkələrin NATO-da roluna dair sualın cavabında NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu ölkələrin Əfqanıstana NATO təchizatının daşınması üçün tranzit ölkələr kimi böyük əhəmiyyət kəsb etdiyi deyib.

XS
SM
MD
LG