Accessibility links

Vaşinqtonda nümayişçilər Konqres üzvlərinin diqqətini cəlb etməyə çalışır


Vaşinqtonda nümayişçilər Konqres üzvlərinin diqqətini cəlb etməyə çalışır
Vaşinqtonda nümayişçilər Konqres üzvlərinin diqqətini cəlb etməyə çalışır

Birləşmiş Ştatların hər yerindən nümayişçilər Konqresdə liderlər və lobbiçilərin diqqətini cələb etmək məqsədilə nümayişlər keçirmək üçün paytaxt Vaşinqtona toplaşır.

Bir neçə gün davam etdirilməsi nəzərdə tutulan nümayişçilərin təşkilatçıları deyib ki, əsas məqsəd Konqres üzvlərinə onların amerikalıları təmsil etdiyini xatırlatmaqdan ibarətdir. Özlərini ölkədə əhalinin zəngin bir hissəsindən ayırmaq üçün “99 faiz” aldandıran “Uol Striti Tutun” hərəkatının iştirakçıları da bu həftə keçiriləcək nümayişlərə qatılacaq.

Nümayişçilər bu gün konqresmenlərin ofislərinin qarşısında yürüş keçirib. Təşkilatçılar deyir ki, onlar işsizlər və az maaşlı işlərdə çalışan insanların adından çıxış edir və paytaxtda yeni işlərinin açılmasına çalışır.

Aksiya polisin Vaşinqtonda “Uol Striti Tutun” hərəkatının düşərgəsində 31 nəfərin həbs edilməsindən sonra keçirilir. Rəsmilər ölkədə son həftələr hərəkat üzvlərinin düşərgələrini bağlayıb.

XS
SM
MD
LG