Accessibility links

Vaşinqton şəhərindəki muzeydə hindli tayfalarında atlara münasibəti əks etdirən sərgi açılıb


Vaşinqton şəhərindəki muzeydə hindli tayfalarında atlara münasibəti əks etdirən sərgi açılıb
Vaşinqton şəhərindəki muzeydə hindli tayfalarında atlara münasibəti əks etdirən sərgi açılıb

Muzeyin kuratoru Emil Hör Mani Horses yerli amerikalıların avropalılara atları onların torpaqlarına gətirdikləri üçün minnətdar olduqlarını deyir

Amerikanın qərb düzənliklərində at çapan yerli hindli döyüşçünün təsviri düşüncələrə həkk olunub. Vaşinqtondakı Amerika Hindliləri Milli Muzeyində hindli tayfalarında atlara münasibəti əks etdirən yeni sərgi açılıb. Muzeyin kuratoru Emil Hör Mani Horses yerli amerikalıların avropalılara atları onların torpaqlarına gətirdikləri üçün minnətdar olduqlarını deyir: “40 milyon il bundan əvvəl burada atlar olub və onların kökü 10 min il bundan əvvəl kəsilib. Bu gün tanıdığımız atları isə buraya Kolumb gətirib.”

Bu, 1493-cü ildə baş verib. 300 il ərzində atların burada olması qəbilələrin ticarətdən tutmuş səyahətə qədər həyat tərzini dəyişib. Emil Hör: “Atları buraya gətirməzdən əvvəl, yerli hindlilər ev heyvanlarından yalnız it saxlayırdı. Lakin bundan sonra atlar gətirildi. Atlar daha tez hərəkət edirdi və onlarla daha böyük işlər görmək olurdu.”

Atlar insanların həyatında mühüm rol oynamağ başladı və insanların onlara münasibət dəyişdi. İnsanlar atları təsvir etməyə, bəzən isə xüsusi mərasimlərdə nümayiş etdirməyə başladı.

Bu sərgidəki eksponatlar arasında müharibələrdə atların üzünə taxılan 100-dən çox maska nümayiş etdirilir. “Onlar atların daha qəzəbli görünməsini istəyirdilər, ya da atın gücü daha qabarıq nümayiş etdirmək üçün onlara buynuzlu öküz maskaları taxır və bununla öküz nümayiş etdirmək istəyirdilər.” deyə, emil Hör bildirir.

Kirpi iynələri və muncuqlardan düzəldilmiş maskalar və digər bəzək əşyalarından isə atları xüsusi mərsimlərdə nümayiş etdirmək üçün istifadə edilirdi. Hindliliər belə əşyaları bu gün də düzəldir.

Emil Hör Many Horeses deyir ki, artıq səfərlərdə, ovda və ya döyüşlərdə atlardan istifadə edilməsə də, atlar insanlar üçün çox dəyərlidir.

XS
SM
MD
LG