Amerika Birləşmiş Ştatlarının Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin Rusiya, Şərqi Avropa və Orta Asiya Araşdırmaları Mərkəzi dekabrın 14-də “Dağlıq Qarabağ: Münaqişədən Davamlı Sülhə?” adlı vebinar təşkil edib.
Vebinarda Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ üzərində aparılan Altı-Həftəlik Müharibənin səbəbləri və nəticələri, habelə iki ölkə arasında əldə onun atəşkəs razılığı ilə bağlı suallar müzakirə edildi. Panel iştirakçıları həmçinin regionda dəyişən geo-siyasət və geo-siyasi oyunçular, o cümlədən Rusiya, Türkiyə və Minsk Qrupu ölkələrinin rolu və Dağlıq Qarabağda davamlı sülhün yaradılması üçün lazım olan elementləri müzakirə etdilər.
San Dieqo Universitetinin Joan B. Kroc Sülh Araşdırmaları Məktəbinin professoru Filip Qamagelyanın fikrincə davamlı həll yolu tapmaq öhdəliyi münaqişə tərəflərinin üzərinə düşür. Onun sözlərinə görə, tərəflər rəsmi səviyyədə danışıqlar aparsa da, xalqlarını sülhə hazırlamırdılar, əksinə oları müharibəyə hazırlayırdılar .
Qamagelyan dedi ki, Paşinyan hökuməti daxil olmaqla, Ermənistanın son üç administrasiyası Dağlıq Qarabağın muxtariyyəti ilə Azərbaycanın ətraf yeddi rayonu arasında bir fərq qoymayıb. “90-cı illərdə yeddi rayon alver predmeti idi, amma daha sonra onlar həmin əraziləri ilhaq etməyə ve geri verməməyə qərar verdilər. Bu isə Ermənistanın əleyhinə işlədi. Hazırkı hökumət demokratik olmağa çalışsa da, Dağlıq Qarabağla bağlı daha sərt siyasət yürütdü və Madrid Prinsipləri və ya Lavrov Planı kimi hər hansı sənəd üzərində danışıq aparmaqdan imtina etdi və daha aqressiv tələblər irəli sürdü. Bu isə müharibəni qaçılmaz etdi,” o bildirdi.
Qamagelyan söylədi ki, noyabrın 9-da əldə olunan razılıqla bağlı bir neçə qeyri-müəyyənlik mövcuddur ki, buna Dağlıq Qarabağın statusu daxildir və müstəqillik mələsi yaxın gələcəkcə müzakirə mövzusu belə olmayacaq. Bundan əlavə onun fikrincə bu qeyri-müəyyənliklərə müharibə əsirləri və başqa humanitar məsələlər, habelə müharibənin təkrar davam edib-etməyəcəyi daxildir.
“Münaqişə tamamilə həll olunmayıb. Yenidən müharibə riski hələ də mövcuddur. Münaqişə regionlaşdırılıb. Rusiya və Türkiyə qoşunları regiona daxil olub və yeni müharibə olduğu təqdirdə İran və başqa dünya oyunçularının bunda marağı ola bilər. Yeni müharibə olsa, Dağlıq Qarabağ bəhanə olacaq, müharibə bütün Cənubi Qafqaza yayılacaq. Bu təkcə Ermənistan və Azərbaycanı deyil, hətta Gürcüstanı da narahat etməlidir,” o söylədi.
Onun fikrincə, sülhə doğru aparan yola Dağlıq Qarabağın statusu ilə bağlı razılıq, tərəfərin bir-birilərini humanistləşdirməyin və nifrət çıxışlarına son qoymağın yolları daxil olmalıdır.
İsveçin Malmo Universitetinin baş mühazirəçisi, Raoul Wallenberg İnsan Hüquqları və Humanitar Qanun İnstitutunun tədqiqatçısı vəzifəsində çalışan Kamal Makili-Əliyev Qarabağ müharibəsinin heç vaxt dayanmadığını və 1994-cü ildə əldə olunan atəşkəsin slüh razılaşması olmadığını bildirib.
Onun fikrincə 2016-cı ildə baş verən dörd dünlük döyüşlərdən sonra tərəflərin danışıqları təşviq edəcəyinə və Minsk Qrupunun bir irəliləyiş əldə edəcəyinə dair ümid yaranmışdı. Lakin bu, baş vermədi.
“2018-ci əhval-ruhiyyə pessimist idi. Ermənistanda hökumət dəyişəndə hətta Azərbaycanda liberal düşüncələri olan Paşinyan hökümətinin millətçi görüşü dinc həll tapmağa yönəldəcəyinə dair ümid yarandı, amma vəziyyət çox qısa müddət ərzində dəyişdi.
Onun sözlərinə görə, Ermənistan Baş Naziri Nikol Paşinyan siyasətində populizmi önə çəkdi və bu, onun “Qarabağ Ermənistandır” deməsi ilə nəticələndi.
“Bu isə danışıqların artıq köhnəldiyinə dair düşüncənin qətiləşməsinə gətirib çıxardı,” o bildirdi.
Makili-Əliyevin dediyinə görə, bu müharibədən ən qazanclı tərəf Rusiya oldu, çünki təkcə regionda sülhməranmlı qüvvələrini yerləşdirmədi, həm də bu ölkələrdə müəyyən müddətdə siyasi təsirə malik olmaq imkanı yaratdı.
Vaşinqton Universitetinin Jackson Beynəlxalq Araşdırmalar Məktəbinin ABŞ-ın xarici siyasəti üzrə professoru Reşat Kasaba Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki rolu məsələsinə toxundu.
Onun sözlərinə görə, Türkiyədə bu ölkənin regional güc olduğuna dair bir düşüncə yaranıb. O dedi ki, Türkiyənin bu regional güc olmağa çalışmasının əsas səbələrindən biri Prezident Rəcəb Tayyib Ərdoğanın ölkə daxilindəki zəifliyidir.
Kasaba dedi ki, Türkiyədə rəsmi Ankaranın Azərbaycana dəstəyinə açıq etiraz görmək çox çətindir. “Balkanlardan Orta Asiyaya qədər uzanan türk icmasının yaranması Türkiyə ideologiyasında mərkəzi rol oynayır. Bu kontekstdə Azərbaycan Orta Asiyaya çıxış, eyni zamanda isə müasir Türkiyəyə dil baxımından ən yaxın olan ölkə olaraq görülür.”
Onun sözlərinə görə, şübhəsiz ki, Türkiyənin hərbi dəstəyi Azərbaycana yardımçı oldu.
O, müharibə nəticəsində Türkiyə və Rusiyanın bir müddət əsas regional oyunçular olacaqlarını söylədi.
Müzakirəyə Vaşinqton Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə professoru Skot Radnitz moderatorluq etdi.