Özbəkistanda Amerikanın səsinin müxbiri kimi çalışan jurnalist Əbdülməlik Babayev Daşkənd məhkəməsi qarşısında ifadə verib. O, məhkəməyə Amerikanın səsi üçün hazırladığı reportajlar və müsahibələr haqda məlumat verib. Babayevə qarşı irəli sürülən ittihamlar onun Amerikanın səsi üçün hazırladığı reportajlar əsasında irəli sürülüb. Reportajlarında o, pambıq tarlalarında uşaq əməyindən istifadə, Aral dənizinin quruması və iki müxbirin məhkəməsi ilə bağlı məlumat vermişdi. Babayevə qarşı həmçinin təhlükəsizliyin pozulması və Özbəkistan sərhəddini qanunsuz olaraq keçmək ittihamları da irəli sürülüb.