Əfqanıstan Talibanının bildirdiyinə görə, cümə axşamı Özbəkistan onların təyin etdiyi səfirini qəbul edib və hər iki tərəf bu addımı qonşu ölkələr arasında diplomatik əlaqələrin möhkəmləndirilməsində mühüm irəliləyiş kimi qeyd edib.
Bu addım üç il əvvəl ölkəyə nəzarəti bərpa etdikdən sonra beynəlxalq səviyyədə təcrid olunmuş Taliban liderləri üçün nadir diplomatik nailiyyət kimi qiymətləndirilir.
Əfqanıstan üsyançıları Kabildə hakimiyyəti bərpa etdikdən sonra Çin və Birləşmiş Ərəb Əmirlikləri Talibanın təyin etdiyi səfirləri rəsmi olaraq akreditə edən yeganə iki ölkə idi.
Dünyanın qalan hissəsi kimi bu üç ölkədən heç biri inklüzivlik, terrorizm, qadınların təhsil və işə gedişinə məhdudiyyətlər barədə narahatlıqları əsas gətirərək, Talibanı Əfqanıstanın rəsmi hökuməti kimi tanımayıb.
Talibanın Xarici İşlər Nazirliyi Daşkənddəki diplomatının Şeyx Əbdül Qafar Bəhr olduğunu və çərşənbə günü etimadnaməsinin surətini Özbəkistanın xarici işlər naziri Bəxtiyor Səidova təqdim etdiyini bildirib.
Taliban çərşənbə günü səfirinin Özbəkistanın paytaxtında qarşılama mərasimində "Bəhr ikitərəfli münasibətlərin təkmilləşdirilməsini əsas mərhələ kimi qiymətləndirərək, gələcək irəliləyişlərə ümid edir" deyib.
Bəyanatında Saidov qeyd edib ki, “hər iki ölkə ortaq maraqlara malikdir və son üç il ərzində əhəmiyyətli iqtisadi artıma nail olub”.
Taliban Bəhrin Özbəkistan prezidenti Şəvkət Mirziyoyevə “əsl etimadnaməni təqdim edəcək” - deyə, bildirib.
Özbəkistanın xarici işlər naziri Səidov çərşənbə günü keçirilən mərasimdən sonra X sosial media platformasında “Ölkələrimiz bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına təkan verən ümumi tarix və rifah maraqlarını bölüşür. Biz həmçinin ikitərəfli, regional və qlobal gündəmlərin aktual mövzularını da müzakirə etdik” yazıb.
Forum