Özbəkistanın Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyada bir ay əvvəl naməlum maddədən zəhərlənmiş onlarla özbək miqrantdan biri vəfat edib.
Rusiya İstintaq Komitəsi o vaxt bilirmişdi ki, onlarla Özbəkistan vətəndaşı iyulun 16-17-də Samara regionunun Sızran şəhərində qidalanma zəhərləməsi simptomu ilə xəstəxanaya yerləşdirilib.
İyulun 22-də Özbəkistan XİN xəstəxanaya yerləşdirilənlərin 69 nəfər olduğunu bildirmişdi.
Onların arasında bir uşaq da vardı.
Bəyanatda deyilirdi ki, kütləvi zəhərlənmə faktı ilə bağlı təhqiqata başlanıb.
Nazirlik avqustun 15-də bildirirdi ki, 48 Özbəkistan vərtəndaşı hələ də Samara xəstəxanasındadır.
Özbəkistan XİN-in məlumatında bu da deyilirdi ki, özbək miqrantlar Koşelovka kəndində işləyirdilər.
Məlumatda bildirilirdi ki, miqrantlar kənd sakinlərindən ayrı yaşayır və öz yeməklərini özləri hazırlayırdılar.