Accessibility links

Üz tanıma texnologiyasından yanlış istifadənin qarşısını alan alqoritm [Video]


Üz tanıma texnologiyasından yanlış istifadənin qarşısını alan alqoritm
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Hər gün internetə yüklənən milyardlarla şəkildə insanların üzləri də görsənir. Ekspertlər deyir ki, qabaqcıl alqoritmlər bu şəkilləri toplayıb, müqayisə edərək, onlardan məlumat əldə edə bilər. Bəzən bu məlumatlar qanun-mühafizə orqanlarının, bəzən isə bu informasiyanı oğurlayıb, pis məqsəd üçün istifadə edən hakerlərin işinə yarayır. İsrailli bir şirkət isə bunun qarşısını almağın yolunu tapıb.

Hər kəs üz tanıma alqoritmindən istifadə edərək, sizin barədənizdə özəl məlumatların üstünü aça bilər.
Gil Perri

Üz tanıma texnologiyasından istifadə sürətli şəkildə yayılır. Bu texnologiyadan telefonlarımızın kodunu açmaq və Facebookda dostlarımızı nişanlamaq üçün, eləcə də pasport nəzarət məntəqəsində və şübhəli şəxslərin axtarışında istifadə olunur.

Müxtəlif kameralar bizim üzümüzün şəklini çəkir və bu şəkillər internetə yüklənir. Orada isə bir çox alqoritmlər bu şəkiləri bir-biri ilə müyaqisə edir və onlarla bağlı məlumatları ortaya çıxarır. Bunun pis tərəfi isə odur ki, parollardan fərqli olaraq üzləri dəyişmək mümkün deyil.

“Hər kəs üz tanıma alqoritmindən istifadə edərək, sizin barədənizdə özəl məlumatların üstünü aça bilər,” deyə D-ID-dən Gil Perri bildirir .

Gil Perri deyir ki, onun softveyr şirkəti D-ID hakerlərin şəkillər vasitəsilə insanların kimliyini oğurlamaq üçün istifadə etdikləri süni intellektin qarşısını alan alqoritm inkişaf etirib.

“Ən böyük dəyişiklik odur ki, bu texnologiya üz tanıma alqoritmlərini çaşdırır, şəkillər insan gözünə eyni görsənir, amma süni intellekt onları oxuya bilmir,” o deyir.

İşlənmiş şəkillər insanların gözünə eyni görünür, lakin üz tanıma alqoritmləri onları müqayisə edib şəkildəki insanı müəyyən edə bilmir.

Lakin Ben Gurion Universitetinin kiber təhlükəsizlik üzrə professoru Yuval Eloviç deyir ki, bu müdafiə sistemindən hər kəs istifadə etməyəcək.

“Hər kəsi bu texnologiyadan istifadə etməyə, şəkillərini bu texnologiya vasitəsilə dəyişdikdən sonra internetə yükləməyə məcbur etmək olmaz,” o söyləyir.

D-ID üz tanıma sisteminin qeyri-rəsmi istifadəsinin qarşısını alacaq, eyni zamanda isə qanun-mühafizə orqanlarına şübhəli şəxsləri müəyyən etməyə imkan yaradacaq həll yolu üzərində çalışır. Bu arada isə ekspertlər deyir ki, parollardan istifadə etmək və onları tez-tez dəyişmək çox mühümdür.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG