Mühacirətdə fəaliyyət göstərən uyğun qrup bildirir ki, nüfuzlu ziyalıya qarşı cinayət ittihamları qəbuledilməzdir və bu həbs digər nüfuzlu şəxsləri etnik azlığı müdafiə etməkdən çəkindirmək məqsədi daşıyır.
Universitet professoru İlham Tohti 6 həftə əvvəl Pekindəki evindən heç bir izahat verilmədən aparıldıqdan sonra bu həftə Çin rəsmiləri onu separatçılıqda ittiham edib.
Tohti Pekin Mərkəzi Xalqlar Universitetində iqtisadiyyat dərsi keçir. O, müntəzəm olaraq Çin hökumətinin Sincan vilayətində yaşayan müsəlman uyğurlara qarşı pis münasibətini tənqid edir.
Ancaq onun Sincanın müstəqilliyinə çağıran hər hansı ictimai çıxışına rast gəlinməyib.
Dünya Uyğur Konqresindən Dolkun İsa Amerikanın Səsinə bildirib ki, uyğur akademik heç zaman separatizm çağırışı etməyib. "O, sadəcə Sincandakı narazı xalqa kömək etmək istəyirdi" - deyə Dolkun İsa bildirib.