Accessibility links

Azərbaycan ÜTT-ya üzvlük məsələlərini müzakirə edir


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev

Danışıqlarda ölkənin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ticarət sistemi müzakirə olunacaq

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Cenevrədə ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar aparır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatılna görə, səfər zamanı ABŞ, Kanada, Norveç, Yaponiya və digər ölkələrlə mallar və xidmətlər üzrə ikitərəfli, Azərbaycanın kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə isə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulub.

Danışıqlarda ölkənin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ticarət sistemi kimi məsələlər də müzakirə olunacaq.
XS
SM
MD
LG