“Birliyə Doğru” ictimai birliyi “Özgə Uşaq OLMUR” adlı layihə çərçivəsində silsilə tədbirlərə başlayır.
Layihəyəyə daxil edilən tədbirlərlə bağlı birliyin rəhbəri Zərifə Quliyeva Amerikanın Səsinin suallarını cavablandırarkən deyib ki, 2013-cü ilin avqust ayının 3-də 28 MALL-da “ Bəzəkli XANIM” layihəsinin satış sərgisi təşkil olunacaq.
Sərgidə eşitmə problemli qızların hazırladığı 40-a yaxın bəzək əşyaları nümayiş olunacaq və onların satışı təşkil ediləcək.
Avqustun 11-də Fəvvaralər meydanında “Mənə günəş bəxş et” layihəsi çərçivəsində kütləvi oyuncaq düzəldilməsi aksiyası keçiriləcək. Aksiyada 70-dən artıq gənc yerdə oturaraq günəş şəklində yumşaq oyuncaq hazırlayacaq.
Düzəldilmiş bütün oyuncaqların üzərinə etiket vurulacaq və onlar kütləvi şəkildə satışa buraxılacaq. Bu oyuncaqları alanlar uşaqlara yay bəxş edəcək.
17 avqustda isə Park Bulvar TM “ Шоколадница” da cəmiyyətin tanınmış qadınları arasında Birliyə Doğru Resurs Mərkəzinin tələbələri tərəfindən hazırlanmış rəsm əsərləri, əl işlərindən ibarət auksion olacaq.
Tədbirlərin məqsədindən danışan Zərifə xanım bildirib ki, ictimaiyyətə başa salmaq lazımdır ki, özgə uşaq olmur. “Hər bir uşaq sizin övladınızdır. Uşağa qarşı laqeydlik kimi bir şans olmamalıdır. İnsanlar sosiallaşmalı və öz sosial vəzifələrini yerinə yetirməlidir. “
“Özgə uşaq olmur!” silsilə tədbirlərdən əldə edilən vəsait uşaqların yay istirahətinin təşkilinə sərf olunacaq.

Hər bir uşaq sizin övladınızdır