Accessibility links

USAID-in Azərbaycan üzrə missiyasının yeni direktoru fəaliyyətə başlayıb


Caydev "Cey" Sinqx (Jaidev "Jay" Singh) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsinin icrasına başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, cənab Sinqx Azərbaycanın qarşıya qoyduğu prioritetlərə dəstək göstərən proqramlara rəhbərlik edəcək.

Məlumatda deyilir ki, missiyanın yeni direktoru gələcək illərdə USAID-in Azərbaycanla əməkdaşlığına dair müsbət və iddialı baxışa malikdir.

"Bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirəm. Əsas prioritetlərdən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək olacaq", cənab Sinqx qeyd edib.

Bu vəzifəyə təyin olunmazdan əvvəl xarici diplomatik xidmət əməkdaşı olan cənab Sinqx təşkilatın Vaşinqtondakı baş ofisində və digər ölkələrdəki missiyalarda aparıcı vəzifələrdə çalışaraq inkişaf və humanitar məqsədlərə nail olmaq üçün ikitərəfli və çoxtərəfli inkişaf tərəfdaşları ilə strateji mühüm olan əlaqələrə rəhbərlik edib. O, Mali, Bosniya və Hersoqovina, Yaponiya, Cənubi Sudan, Cibuti, Keniya və Əfqanıstanda müxtəlif vəzifələrdə işləyib.

1991-ci ildə USAID Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş 800 000-dən artıq qaçqın və məcburi köçkünə humanitar yardım göstərməklə Azərbaycanda yardım proqramlarına başlayıb. Həmin proqramlar vasitəsilə qida, geyim, sığınacaq, tibbi xidmətlər və iş bacarıqları üzrə təlimlər təmin olunub. 1998-ci ildə USAID humanitar yardım proqramlarından daha geniş iqtisadi, sosial və demokratik inkişaf proqramlarına keçid edib. USAID su və sanitariya, vətəndaş cəmiyyəti, idarəetmə, kənd təsərrüfatı, biznes mühitinin yaxşılaşdırılması və Ümumdünya Ticarət Təşkilatına qəbul, habelə vərəmə nəzarət, ana, neonatal və uşaq sağlamlığı və ana və uşaqların qıdalanması sahələrində proqramlara dəstək verib.

Bu gün USAID Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını və regional bazarlara inteqrasiyasını, habelə ABŞ və Azərbaycan arasında iqtisadi imkanların yaradılmasını dəstəkləyən proqramlar vasitəsilə Azərbaycan xalqına dəstəyini davam etdirir. Həmçinin USAID yerli sosial-iqtisadi məsələlərin həllində vətəndaşların imkanlarını artırır, habelə yerli icmaların bacarıqlarını artırmaqla və vətəndaş cəmiyyətinə dəstək göstərməklə yaşam mühitini yaxşılaşdırır. Bundan başqa, USAID iş tapmaq, biznes qurmaq və lider vəzifələrdə xidmət etmək üçün qadın və gənclərə lazım olan bacarıqları verməklə və dəstək göstərməklə Azərbaycanda işçi qüvvəsinin formalaşdırılmasına yardımçı olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG