Accessibility links

USAID və KOBIA Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı sammit keçirib


USAID və KOBIA Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı sammit keçirib
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Fevralın 18-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBIA) ölkəmizdə “Biznes və peşəkar assosiasiyalara dəstək” adlı yeni təşəbbüsün başlanması ilə bağlı tərəfdaşlıq sammiti keçiriblər. Sammitdə yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və hökumət nümayəndələri iştirak ediblər. Tədbirin açılışında KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, USAID-in Azərbaycandakı missiya direktoru Cey Sinqx və Azərbaycanda Amerika Ticarət Palatasının sədri Nuran Kərimov çıxış ediblər. Sammitdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan yerli və beynəlxalq mütəxəssislər dünyada biznes və peşəkar assosiasiyaların modelləri və onların əhəmiyyəti barədə danışıblar. Tədbir zamanı həmçinin USAID-in mütəxəssisləri “Biznes və peşəkar assosiasiyalara dəstək” adlı təşəbbüs çərçivəsində USAID ilə əməkdaşlıqda marağı olan yerli tərəfdaşlar üçün növbəti addımlar barədə məlumat veriblər. USAID-in missiya direktoru C.Sinqx deyib ki, tərəfdaşlıq sammiti əməkdaşlıq mühitində bir neçə ay davam edəcək. Bu sıx əməkdaşlıq tələb edən bir prosesin başlanğıcıdır: “Bu zaman ərzində USAID müxtəlif qruplar və ya çoxtərəfli konsorsiumların təqdim etdiyi layihə ideyalarını dəyərləndirəcək, onların maliyyələşdirilməsi barədə qərar verəcək. Bu layihə ilə bağlı ümidimiz çoxdur, çünki assosiasiyalar USAID-in göstərdiyi texniki yardımı daha çox kiçik və orta bizneslərə çatdıra bilər ki, bu da təsiri genişləndirəcək”. KOBIA-nin idarə heyətinin sədri O.Məmmədov isə qeyd edib ki, son vaxtlar müxtəlif sahələrdə təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən agentlik tərəfindən təşviqat işləri aparılır: "Məlumdur ki, bu prosesdə dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə müvafiq sahədə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır".

XS
SM
MD
LG