Accessibility links

USAID Azərbaycanda qadın sahibkarlığının inkişafını dəstəkləyir


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda qadın sahibkarlığının inkişafını dəstəkləyir.

Bu barədə USAID/Azerbaijan məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanda USAID-in biznes assosiasiyaları və təşkilat rəhbərlərindən ibarət İdarəetmə Komitəsinin yaxından iştirakı ilə hazırladığı Qadınların Milli Biznes Gündəliyi inklüziv iqtisadi artım və qadınların iqtisadi gücləndirilməsi məqsədlərinə nail olmaq üçün bir sıra siyasət həllərini əhatə edir.

“Qadınların Milli Biznes Gündəliyi qadınlar üçün əlverişli biznes mühitinin yaradılması və iş yerlərində üzləşdikləri problemlərin aradan qaldırılması üzrə 3 istiqamətdə konkret tövsiyə və siyasət həlləri təklif edir”-sənəddə deyilir.

USAID/Azerbaijan-nın məlumatına görə, bura qadınlara sahibkarlıq sahəsində və əmək bazarında dəstək, həmçinin gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin işlənib hazırlanması daxildir.

“Qadınlar dəyişikliyin vacib amilidir. Qadın sahibkarların potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək. Qadın sahibkarlara dəstək təkcə sosial baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. Daha çox gender bərabərliyinə nail olmaq əmək bazarının yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Sahibkarlıq həm də qadınların iqtisadi müstəqilliyini artırmaq üçün mühüm fürsətdir”, - USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Nirbas deyib.

XS
SM
MD
LG