Accessibility links

ABŞ və Azərbaycan Beyləqanda bir neçə layihəni başa çatdırıb


İyulun 19-da və 20-də Azərbaycanın Beyləqan rayonunun (Bakıdan 291 kilometr cənub-qərb) 5 kəndinin sakinləri elektrik enerjisi və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd edib. Tədbirlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ABŞ səfirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, layihələr ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

Beyləqanda təqdimat mərasimi
Beyləqanda təqdimat mərasimi

EWMI-in texniki dəstəyi ilə Aşağı Çəmənli, Aşıqlılar, Gəhrəmanlı və Oranqala icma üzvləri köhnəlmiş enerji infrastrukturunu yeniləmişlər ki, bu da həmin icmaların artan əhalisini enerji ilə təmin edəcək. İcmalar 14.000 metrdən artıq köhnə kabelləri müasir kabellərlə əvəzləyib və 300-dən çox yeni dirək quraşdırıb. Bundan 4 kəndin ümumilikdə 5.300 əhalisi faydalanacaq.

Həmçinin EWMI-in texniki dəstəyi ilə Aşıqlı kənd sakinləri 1.500 kq/s emal gücünə malik yem emalı məntəqəsi inşa ediblər və bununla daha tez və daha münasib qiymətə yem əldə edirlər. Bu məntəqənin sayəsində məhsuldarlığın artacağı və kəndin 2.600 sakininin bundan faydalanaraq yem emalı ilə bağlı xərclərinin 50% qədər azalacağı gözlənilir.

Ümumilikdə, USAID-in dəstəyi ilə EWMI təşkilatı Azərbaycanın 71 icmasında 110.000-ə yaxın insana fayda verən 81 layihə tamamlayıb.

XS
SM
MD
LG