Accessibility links

Azərbaycan və ABŞ Şabranda körpü inşa edib


Azərbaycan və ABŞ bayraqları
Azərbaycan və ABŞ bayraqları

Dekabrın 14-də Şabran rayonu (Bakıdan 122 kilometr şimal) Surra kəndində yerli sakinlər,İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dəvəçi çayı üzərində piyada keçidinin inşası layihəsinin başa çatmasını qeyd edib. Bu barədə ABŞ səfirliyinin məlumatında deyilir.

Məlumatda deyilir ki, piyada keçidinin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli QHT olan ÜMİD təşkilatı tərəfindən icra olunub.

Bakı-Quba magistral yolundan 3 km aralıda yerləşən Surra kəndi ərazisindən axan Dəvəçi çayı kəndi iki hissəyə bölür ki, 40-dan çox ailənin gündəlik gediş-gəlişini və məktəblilərin dərsə davamiyyətini çətinləşdirir. Yağışlı havalarda vəziyyət daha da çətin olur, çünki çayın üzərində körpü yox idi.

Problemi həll etmək üçün Surra İcma İnkişaf Şurası SEDA layihəsi ilə birlikdə çalışaraq, Dəvəçi cayı üzərində 42 metr uzunluğunda piyada keçidini inşa etməklə, şəhərlə əlaqə yaradıb və sakinlərin təhlükəsizliyini təmin edilib.

ABŞ səfriri Robert Sekuta bildirib ki, Surra piyada keçidinin inşasının başa çatdırılması yerli icmaların özlərinə kömək etməsi, birlikdə işləməsi zamanı nələr əldə etməyin mümkün olduğuna bariz nümunədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz Regional Şöbəsinin müdiri Mətləb Cəfərov SEDA layihəsi çərçivəsində USAID ilə əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına töhfəsini vurğulayıb.

Şərq-Qərb İdarəetmə İnstitutu (EWMİ) tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən SEDA layihəsi icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət qurumlarının birgə iştirakını təşviq edir.

XS
SM
MD
LG