Accessibility links

ABŞ və Çin regionda inkişaf uğrunda bərabər işlər görə bilər


ABŞ müdafiə naziri Leon Panetta deyib ki, Vaşınqtonla Pekin arasında dərin hərbi əlaqələrin tərəflər arasında qarşılıqlı etimadın artmasına və iki dünya qüdrəti arasında anlaşılmazlığın aradan qalxmasına kömək edəcək.

Pekində çinli həmkarı Lianq Çuanqli ilə görüşündən sonra cənab Panetta Vaşınqtonun Asiyaya artan marağını müdafiə edərək bildirib ki, ABŞ və Çin regionda inkişaf uğrunda bərabər işlər görə bilər.

Vaşınqton və Pekin regionda biri-birinin məramlarına dair narahatlıqlarını bildirib. Çin ABŞ-ın Asiyaya dair məramlarını Pekinin nüfuzuna maneə kimi görür. ABŞ Çinin regiondakı hegemon davranışını tənqid edir.
XS
SM
MD
LG