Accessibility links

ABŞ: Şimali Koreyanın Kurskda 8000 hərbçisi var


ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfirinin müavini Robert Vudun cümə axşamı Təhlükəsizlik Şurasına bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyanın Kursk bölgəsində "indi" 8 min Şimali Koreya əsgərinin olduğu barədə məlumat alıb.

"Mən bütün hörmətimlə rusiyalı həmkarıma sual vermək istərdim: Rusiya hələ də Rusiyada Koreya Xalq Demokratik Respublikasının qoşunlarının olmadığını iddia edir?" - deyə, Vud soruşub.

Rusiyanın Təhlükəsizlik Şurasındakı nümayəndəsi bu suala cavab verməyib.

Xatırladaq ki, çərşənbə axşamı Pentaqon Şimali Koreya qoşunlarının "az sayda" hissəsinin Kursk bölgəsinə köçürüldüyünü və onların Ukrayna hərbçilərinə qarşı döyüş əməliyyatlarında istifadə oluna biləcəyini bildirib.

Pentaqonun sözçüsü, general-mayor Pat Rayder jurnalistlərə "Az sayda insanın artıq Kursk bölgəsində olduğu ilə bağlı əlamətlər mövcuddur və daha bir neçə min nəfərin isə ya artıq oraya çatdığı, ya da tezliklə çatacağı gözlənilir" deyib.

"Biz Rusiyanın bu əsgərlərdən ya Kursk bölgəsində döyüşlərdə iştirak etmək, ya da Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarına yardım etmək üçün istifadə etmək niyyətində olmasından narahatıq" - deyə, Rayder əlavə edib.

Bazar ertəsi Pentaqon bildirib ki, Şimali Koreya Rusiyaya təlim keçmək üçün 10 minə yaxın əsgər göndərib ki, bu da əvvəlki təxminlərdən üç dəfədən çoxdur. O həmçinin bu qoşunların yaxın həftələrdə Ukrayna sərhədi yaxınlığında Rusiya qüvvələrinə qoşulacağı barədə xəbərdarlıq edib.

Şimali Atlantika Alyansı bazar ertəsi 3000 Şimali Koreya əsgərinin Rusiyaya göndərildiyini və onlardan bəzilərinin Kursk bölgəsinə yerləşdirildiyini təsdiqləyib.

Moskvanın Ukraynaya qanunsuz hərbi müdaxiləsindən sonra Rusiya və Şimali Koreya siyasi və hərbi ittifaqını gücləndirib. Kreml əvvəlcə Şimali Koreya qoşunlarının yerləşdirilməsi ilə bağlı xəbərləri "saxta xəbər" kimi rədd etsə də, Putin keçən həftə Şimali Koreya qoşunlarının artıq Rusiyada olduğunu inkar etməyib və deyib ki, onlardan Şimali Koreya lideri Kim Conq Unla iyun ayında imzaladığı qarşılıqlı müdafiə paktı çərçivəsində necə istifadə edəcəyi Moskvanın ixtiyarındadır.

Putinin şərhlərinin əksinə olaraq, Şimali Koreyanın BMT-dəki nümayəndəsi keçən həftə Pxenyanın Rusiyaya qoşun göndərməsi ilə bağlı xəbərləri "əsassız şayiələr" adlandırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG