Accessibility links

Hillari Klinton: ABŞ İranın nüvə proqramının qarşısını almaq üçün bütün elementlərdən istifadə edəcək


ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların İranının nüvə silahı əldə etməməsi üçün Amerika qüvvəsinin bütün elementlərindən istifadə ediləcəyini deyib.

Xanım Klinton bazar ertəsi Qüdsdə yüksək səviyyəli İsrail rəsmilərilə görüşdükdən sonra deyib ki, İranın məsələ ilə bağlı təklifləri məqsədəuyğun deyil.

ABŞ, İsrail və bir neçə Avropa ölkəsi İranın nüvə silahı istehsalına çalışdğına inanır.

İran iddiaları inkar edir və uranın zənginləşdirilməsi programının enerji istehsalı və tibbi məqsədlərə xidmət etdiyini deyir.

Klinton Avropa, Asiya və Yaxın Şərqin doqquz ölkəsinə iki həftəlik səfərini başa vuraraq bu gün paytaxt Vaşınqtona qayıdır.
XS
SM
MD
LG