Accessibility links

Çin ABŞ-la ticari razılığa gəlməyə çalışır


Prezident Donald Trampın Çin mallarına daha çox tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasına baxmayaraq, Çin ABŞ ilə ticarət məsələsini həll etmək üçün işlər gördüyünü bildirib.

Ticarət Nazirliyinin katibi Gao Feng cümə axşamı Pekinin Vaşinqtonla "bərabərlik və qarşılıqlı hörmət əsasında" ikitərəfli ticarət sazişinin birinci mərhələsinə çatmaq ümidi ilə işləməyə hazır olduğunu söyləyib.

Dünyanın ən böyük iki iqtisadiyyatı bir ildən çoxdur ki, tariflərlə bağlı razılığa gəlməyə çalışır. Ölkələr arasında fikir ayrılığı Trampın qiymətləri artırma tələbindən sonra başlayıb. ABŞ eyni zamanda, Pekinin dövlət müəssisələrinə verdiyi subsidiyaların məhdudlaşdırılmasını və Amerika şirkətlərinə Çin bazarına daha çox çıxış imkanı verməsini istəyir.

Çin ABŞ-ın ticarət siyasətinin rəqabət qabiliyyətini boğmağa çalışdığını söyləyir.

Tramp Miladdan bir neçə gün əvvəl smartfonlar, noutbuklar və digər istehlak malları da daxil olmaqla, Çin mallarına əlavə 156 milyard dollar dəyərində rüsum tətbiq edəcəyini vəd edib.

The Wall Street Journal xəbər verir ki, Çinin ticarət danışıqları baş müzakirəçisi Liu He amerikalı həmkarlarını üz-üzə danışıqlar üçün Pekinə dəvət edib.


Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG