Accessibility links

Vaşinqtonda polis Kapitoliya qarşısında etiraz edən 400-dən çox nümayişçini həbs edib


Vaşinqtonda polis Kapitoliya qarşısında siyasətdə malyyənin roluna etiraz edən 400-dən çox nümayişçini həbs edib.

Nümayiş özünü “Demokratiya Baharı” adlandıran koalisiya qrupları tərəfindən təşkil edilib.

Qrupun veb səhifəsində bildirilir ki, nümayiş Konqresin siyasətdə böyük pullların yaratdığı korrupsiyaya dərhal son qoyması və hər bir amerikalının bərabər səsə malik olduğu azad və ədalətli seçkilərin keçirilməsini təmin etməsi tələbi ilə keçirilir.

Nümayişçilər “siyasətdə pula yox” kimi şüarlar səsləndirib. Onların bəziləri ötən həftə Filadelfiya şəhərindən Vaşinqtona yürüş edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG