Accessibility links

ABŞ-ın Virciniya ştatında Walmart supermarketində edilən hücum zamanı azı 6 nəfər ölüb


ABŞ-ın Virciniya ştatının polisi çərşənbə axşamı Walmart supermarketində azı 6 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı araşdırma aparır.

Çesapik şəhərinin rəsmiləri çərşənbə günü səhər saatlarında polisin ölənlərin sayını təsdiqlədiyini, hücumçunun da öldüyünü bildirib.

Rəsmilər atəş açan şəxsin necə öldüyü və ya hücumun təfərrüatları barədə geniş məlumat verməyib.

Walmart verdiyi açıqlamasında "bu faciəvi hadisədən şoka düşdüyünü" deyib.

"Biz hücuma məruz qalanlar, cəmiyyət və əməkdaşlarımız üçün dua edirik. Hüquq-mühafizə orqanları ilə yaxından işləyir və diqqətimizi əməkdaşlarımızı dəstəkləməyə yönəldirik" deyə, şirkət bildirib.

Hücum Kolorado ştatının Kolorado Sprinqs şəhərində LGBTQ gecə klubunda 5 nəfərin ölümü və 18 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumdan bir neçə gün sonraya təsadüf edir.

XS
SM
MD
LG