Accessibility links

ABŞ Ukraynaya 625 milyon dollarlıq yardım paketi hazırlayır


Bazar ertəsi Reuters xəbər agentliyinə məlumat verən iki mənbə bildirib ki, Bayden administrasiyasının Ukraynaya göndərəcəyi 625 milyon dollarlıq növbəti təhlükəsizlik yardım paketinə yüksək sürətli artilleriya raket sistemi (HIMARS) üçün 4 buraxılış qurğusu, döyüş sursatları, minalar və minaya davamlı avadanlıqların daxil olacağı gözlənilir.

Çərşənbə axşamı elan edilməsi gözlənilən yardım paketi Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini elan etməsindən sonra ilk, Ukraynanın sentyabrın ortalarında döyüş meydanında böyük uğurlar əldə etməsindən sonra ikinci paketdir.

Rusiya ilhaqı Ukraynanın işğal olunmuş ərazilərində keçirilən "qondarma referendumlar"dan sonra elan edib. Qərb hökumətləri və Kyiv səsvermənin beynəlxalq hüququn pozulması və məcburi olduğunu bildirib.

Prezidentin xüsusi yaxın günlərdə Ukraynaya dörd HIMARS buraxılış qurğusu və onlarla əlaqəli raketlər, 200-ə yaxın mina əleyhinə (MRAP) avtomobil, haubitsa sursatları və minalar göndərilə bilər.

Prezidentin xüsusi sərəncamı ilə (PDA) fövqəladə vəziyyətdə Konqresin təsdiqi olmadan təchizat və xidmətlərin ehtiyatlardan tez bir zamanda ötürülməsinə icazə verilir.

Bu, hazırda müvəqqəti maliyyələşdirmə tədbiri altında fəaliyyət göstərən ABŞ hökumətinin 2023-cü maliyyə ilində ilk yardım paketidir və və prezident Co Baydenə dekabrın ortalarına qədər Ukraynaya 3,7 milyard dollara qədər artıq silah təhvil verməsinə imkan verir.

XS
SM
MD
LG