Vitse-admiral Robert Harvard Birləşmiş Ştatlar prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsindən istefa verən Maykl Flinnin yerinə keçmək təklifini rədd edib.
Fars dilində təmiz danışan 60 yaşlı sabiq Hərbi Dəniz Qüvvələrinin Xüsusi Dəstəsində (Navy SEAL) qülluq edən admiral ordudan 2013-cü ildə təqaüdə çıxıb. Hazırda isə o, Birləşmiş Ərəb Əmirliyinin silah və aero-kosmik şirkəti Lockheed Martin-də icraçı direktor vəzifəsində çalışır.
Milli təhlükıəsizlik icmasında hörməti olan Harvardın müdafiə naziri Cim Mattislə də sıx əlaqəsi olduğu deyilir. Robert Harvard vaxtilə Cim Mattislə birlikdə Yaxın Şərqdəkı ABŞ qüvvəılərinə nəzarət edən Mərkəzi Komandanlıqda qulluq edib.
Cənab Harvardın bir zamanlar Ağ Evlə də əlaqəsi olub. Belə ki, o, sabiq prezident Corc Buşun prezidentliyi dövründə Milli Təhlükəsizlik Şurasında terrorizmlıə mübarizə sahəsində çalışıb.