Accessibility links

Qasırğalar Amerika ştatlarını viran qoyub [Video]


Qasırğalar Amerika ştatlarını viran qoyub
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Birləşmiş Ştatlarda baş verən güclü qasırğalar son bir neçə gündə 20 nəfərə qədər insanın həyatına son qoyub və ciddi maddi zərərə səbəb olub. Ölkənin cənubundakı Corciya ştatında baş verən tornadonun mobil evlərı yerlə yeksan etməsindən sonra şiddətli küləklərlə müşayiət olunan güclü yağışlar bazar ertəsi Atlantik okean sahillərini vurub.

Tornadolar həm də Missisipi, Luiziana və Kaliforniyanın cənubunda dağıntılara səbəb olub. Bu ay üçüncü, ən güclü tufan isə keçən istirahət günləri Kaliforniyanı öz təsirinə mərus qoyub.

Corciya ştatının Alabama şəhərindəki bu məhəllədə 200-dən çox mobil ev var idi və onların demək olar ki, hamısı dağılıb. Sakinlər evlərində nəyinsə qalıb-qalmadığına əmin olmaq üçün küçədə gözlədikləri bir vaxt, xilasedicilər dağıntılar altında qalanları axtarmaqda davam edir.

Evləri dağılan insanlar yaşadıqları dəhşətdən danışır. Albani sakini Entoni Mitçel: “Pəncərələr partlamağa, qapılar yerindən qopmağa, divarlar çökməyə başladı. Bir anda ev göyə qalxmağa başladı. Bu an böyük bir ağac yerindən qopub, evin üstünə düşdü. Mənə elə gəlir ki, həmin ağac evin havaya qalxmasına mane oldu.”

Corciya şatatında fövqəladə vəziyyət elan edilib. Tufanla süpürülüb aparılan iki yaşlı qız da daxil edilməklə, itkin düşənlərin axtarışı davam edir. Rəsmilər tufanın medianın dediyindən də güclü olduğunu deyir. “Burada uzun illər olan evlər dağıldı, torpaq səhələrinə, bağlara, sənayeyə, Proctor and Gamble anbarına, Hərbi Dəniz Donanmasının texniki bazasına ciddi zərər dəydi” deyə, Doroti mahalının komissiya sədri Kris Kohilas bildirir.

Qasırğa eləcə də, Luiziana şatatındakı Keyn çayının sahilindəki evləri dağıtdı. Natçes sakini Hovard Conson yuxudan küləyin mobil evini yıxan zaman oyandığını deyir. “Mən yıxıldım və bütün əşyalar üstümə töküldü. Yalnız onu edə bildim ki, sürünə-sürünə bir ağaca sarıldım və külək sakitləşənə qədər orada qaldım. Bir neçə saniyə ərzində hər şey bitdi.”

Qərb sahillərində, Kaliforniyanın cənubundakı sakinlər isə bu bölgəyə üçüncü dəfədir gələn güclü yağışların yer sürüşməsinə səbəb ola biləcəyindən narahatdır. Cənubi Kaliforniya sakini Şarlin Giosso: “Burada yaşadığım illər boyu bu, mənim gördüyüm ən dəhşətli tufandır.”

On metr hündürlüyündəki dalğalar Monterey boğazında I Dünya Müharibəsindən qalan “Palo Alto” gəmisini çevirərək, iki yerə bölüb.

Güclü külək bazar ertəsi Nyu-York və Nyu-Cersiyə iqtiqamət alıb. Həmin bölgələrin rəsmiləri dəmir yolunun və Nyuvark aerportunun işini müvəqqəti dayandırmalı olub. Atlantik okeanı sahillərində yaşayan sakinlərə qasırğa və sellərlə bağlı xəbərdarlıq edilib.

XS
SM
MD
LG