Accessibility links

Senator Makkeyn Suriyaya qarşı hava hücumlarına çağırır


ABŞ senatoru Con Makkeyn Suriyada əhalini qorumaq və Suriya rejiminin opponentlərinə sığınacaq yaratmaq məqsədilə Birləşmiş Ştatları Suriyaya qarşı hava hücumları həyata keçirməyə çağırıb.

Arizona ştatından nüfuzlu senator Makkeyn xarici ölkələrin hərbi müdaxiləsi haqda Senatda çıxışı zamanı danışıb. O deyib ki, təhlükəsiz sığınacaqların yaradılması Suriya Azadlıq Ordusu və başqa hərbi qruplara təlim və təşkilat işində kömək etmiş, eyni zamanda humanitar və hərbi yardımın çatdırılmasına imkan yaratmış olardı.

Senator Makkeyn qeyd edib ki, Birləşmiş Ştatların Suriyada zorakılıqların dayandırılması və Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən getməyə məcbur etmək kimi təhlükəsizlik sahəsində açıq maraqları var. Onun sözlərinə görə Suriya tam mənada hərbi münaqişə gedən bir ölkədir və onun sözlərilə , “Əsəd bilməlidir ki, o qələbə çalmayacaq”.

XS
SM
MD
LG