Accessibility links

ABŞ Yəməndəki husilərin silah anbarlarına zərbələr endirib


"B-2" bombardman təyyarəsi
"B-2" bombardman təyyarəsi

ABŞ müdafiə naziri Lloyd Austinin bildirdiyinə görə, ABŞ qüvvələri çərşənbə günü Yəməndəki husi militantlarının silah anbarlarına hava zərbələri endirib.

"B-2" bombardman təyyarələri tərəfindən həyata keçirilən zərbələr husilərin Qırmızı dənizdə və Ədən körfəzində gəmilərə qarşı birillik hücum kampaniyasında istifadə etdikləri və əsas dəniz gəmiçilik marşrutlarını pozan silahları hədəf alıb.

"Bu, ABŞ-ın yerin altında nə qədər dərin basdırılmış, bərkidilmiş və ya möhkəmləndirilmiş olsa da, düşmənlərimizin əlçatmaz saxlamaq istədikləri obyektləri hədəfə almaq qabiliyyətinin unikal nümayişi idi" - deyə, Austin bildirib.

İranın dəstəklədiyi husilər gəmiləri hədəf almaq üçün qayıqlar, raketlər və pilotsuz təyyarələrdən istifadə kampaniyasının Qəzzadakı müharibə zamanı fələstinlilərlə həmrəylik çərçivəsində aparıldığını bildirib.

Birləşmiş Ştatlar və Britaniya gəmiçilik zolaqlarını qorumağa çalışaraq, husilərə çox sayda zərbələr endirib, kommersiya şirkətləri isə Afrika qitəsini dolaşmaq üçün daha uzun və daha bahalı marşrutdan istifadə etmək üçün bir çox gəminin istiqamətini dəyişib.

Austin "Husilərin qeyri-qanuni hücumları beynəlxalq ticarətin sərbəst axınını pozmaqda davam edir, ekoloji fəlakətlə təhdid edir, günahsız mülki insanların, ABŞ və tərəfdaş qüvvələrinin həyatlarını riskə atmaqda davam edir" deyib.

Forum

XS
SM
MD
LG