Prezident Co Bayden cümə günü deyib ki, İrandakı kütləvi etirazlar onu “heyrətə salıb.” Bu, ölkənin əxlaq polisi tərəfindən həbs olunan gənc qadının ölümündən sonra son illərdə ölkədə baş verən ən böyük nümayiş dalğasıdır.
“Bilmənizi istəyirəm ki, biz İranın vətəndaşlarının, cəsur qadınlarının yanındayıq,” o Kaliforniyanın İrvin şəhərində bir kollecdə əllərində üzərində “Azad İran” yazılan plakatlar tutan nümayişçilərin önündə çıxış edərkən deyib.
“Bunun İranda səbəb olduqları məni heyrətə saldı. Bu, məncə uzun, uzun müddət dinməyəcək bir şeyi oyatdı,” Bayden əlavə edib.
Bundan öncə isə cümə günü vitse-prezident Kamala Harris, Dövlət katibi Antoni Blinken və Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan insan hüquqları müdafiəçiləri ilə görüşüb.
Harris “İranda bərabər hüquqlar və fundamental insan ləyaqətini təmin etmək üçün keçirilən dinc etirazlara başçılıq edən cəsur qadın və qızlara dəstəyini” ifadə edib, vitse-prezidentin ofisi açıqlamasında bildirib.
Blinken isə daha öncə İranda dünyaya gələn aktrisa və insan hüquqları müdafiəçisi Nazənin Boniadi və yazıçı Röya Hakakian, habelə gender bərabərliyi fəalı Şerri Hakimi daxil olmaqla xaricdə yaşayan iranlıların dinləmək üçün dəyərmi masa keçirib.
İranın sərt xətt tərəfdarı ruhani Prezidenti İbrahim Rəisi Birləşmiş Ştatları İslam Respublikasında sabitliyi pozmaq məqsədilə etirazları qızışdırmaqda ittiham edib.
Blinken onun görüşünün etirazların İrandan kənardan gəldiyini göstərdiyinə dair bəznər ittihamlar gözlədiyini deyib.
“Bu belədirsə, əgər onlar buna həqiqətən də inanırsa, o zaman onlar fundamental olaraq öz insanlarını başa düşmürlər,” Blinken İran rəhbərliyinə istinad edərək deyib.
“Məhsa Əminin ölümündən və bunun səbəb kortəbii qəzəb nümayişindən sonra, məncə biz ölkədə əsasən qadınlar və gənclərın başçılığı ilə ölkə boyu diqqətəlayiq bir şeyə şahid oluruq,” Blinken görüşün başlanğıcında deyib.
Görüşdə Blinkenlə birlikdə dövlət katibinin müavini, insan hüquqları müdafiəçisi Vendi Şerman və 2015-ci il nüvə razılığını bərpa etmək məqsədilə aylar boyu aparılan danışıqlara başçılıq edən ABŞ-ın İran üzrə nümayəndəsi Rob Malli iştirak edib.
İranda etirazlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əminin ölümü səbəb olub. Osloda qərargahlanan İran İnsan Hüquqları qrupununun bildirdiyinə görə, o zamandan bəri 100-dən çox insan öldürülüb.
Etirazlar Amnesty International-ın dediyinə görə, “uşaq etirazçılara qarşı hücumlar”ın daxil olduğu “amansız vəhşi təqiblərə” rəğmən davam edib. Nəticədə azı 23 azyaşlı həyatını itirib.
Bayden İrandakı etirazlarla bağlı böyük iranlı əhalisi olan Los Anceles şəhəri yaxınlığında yerləşən İrvayn şəhərində Amerikalı ailələr üçün xərcləri azaltmaqla bağlı çıxışından öncə danışıb.
“Dünya boyu qadınlar müxtəlif yollarla təqib olunurlar, amma onlar istədiklərini geyinə bilməlidirlər,” Bayden deyib.
Iran “sadəcə olaraq fundamental hüquqlarından istifadə edən vətəndaşlarına qarşı zorakılıqlara son qoymalıdır” – deyə, o əlavə edib.
“Mən sizin hamınıza səsinini eşitdirdiyinizə görə təşəkkür etmək istəyirəm,” o, yerli iranlı icmaya deyib.