Accessibility links

Dünya liderləri ABŞ məktəbində qətliama reaksiya verirb



ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərində 20 uşaq daxil olmaqla 28 insanın ölümülə nəticələnmiş qətl hadisəsi dünya ölkələrində şok və kədər hissi ilə qarşılanıb.

Avstraliyanın Baş naziri Culiya Gillard hücumu anlaşılmaz bir qətl hadisəsi adlandıraraq, bunu ABŞ prezident Barak Obama və bütün amerikalılar kimi ürək ağrısı ilə qarşıladığını deyib.

Britaniyanın Baş naziri Deyvid Kameron onun ifadəsilə, bu dəhşətli atışmanı şok və kədər hissi yaratdığını bildirib.

Fransa prezidenti Fransua Hollande məktəbdə baş vermiş bu hadisədən dəhşətə gəldiyini deyib.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton insidenti şok hissi ilə qarşıladığını, Avropa Komissiyasının başçısı Xose Manuel Baroso isə şok və dəhşət hissləri keçirdiyini bildiriblər.

Britaniya kraliçası Yelizavet prezident Obamaya göndərdiyi mesajda isə hadisəyə görə şok və dərin kədər hissi keçirdiyini bildirib.
XS
SM
MD
LG