Accessibility links

Blinken İsrailin özünümüdafiə hüququnu vurğulayıb və fələstinli mülki əhalinin qorunmasına çağırıb


ABŞ dövlət katibi Antoni Blinken və İsrail prezidenti Isaak Herzoq
ABŞ dövlət katibi Antoni Blinken və İsrail prezidenti Isaak Herzoq

ABŞ dövlət katibi Antoni Blinken cümə günü deyib ki, Birləşmiş Ştatlar İsrailin özünümüdafiə hüququ və öhdəliyini qətiyyətlə dəstəkləyir. O, eyni zamanda fələstinli mülki əhalinin qorunması üçün daha çox iş görülməli olduğunu vurğulayıb.

"Biz açıq bildirmişik ki, İsrail HƏMAS-ı məğlub etmək üçün kampaniya apardığı vaxtda, bunu necə etdiyi vacibdir. Bu ona görə vacibdir ki, bu, doğru və qanuni bir şeydir. Bu ona görə vacibdir ki, bu edilmirsə, bu HƏMAS və digər terrorçu qrupların xeyrinədir" Blinken Tel-Əvivdə deyib.

ABŞ-ın baş diplomatı bunları cümə günü, İsrailin baş naziri Benyamin Netanyahu və onun ordu rəsmiləri ilə görüşdən sonra jurnalistlərə açıqlama verərkən deyib.

Blinken oktyabrın 7-də baş verən hücum kimi başqa hücumların bir daha təkrarlanmaması, həm İsrail xalqı, həm də fələstinlilər üçün “daha yaxşı sabah”ın təmin edilməsi üçün lazım olan addımların atılmalı olduğunu bildirib. ABŞ-ın terror təşkilatı olaraq təyin etdiyi HƏMAS bu hücumda 230 nəfəri girov götürüb, 1400 nəfəri öldürüb.

Səfər Qəzza şəhərinin İsrailin quru qüvvələri tərəfindən mühasirəyə alınması, HƏMAS militantları ilə döyüşləri qısa müddətə dayandırmaq üçün diplomatik səylər və Qəzzada humanitar böhranın ağırlaşdığı bir vaxta təsadüf edir.

ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrail və HƏMAS arasındakı müharibədə "humanitar fasiləyə" çağırıb. O, “Fasilə məhbusları çıxarmaq üçün vaxt deməkdir. Vaxt verin” deyib.

HƏMAS militantları oktyabrın 7-də İsrailə hücumu zamanı 240-dan çox insanı girov götürüb və İsrail qrupun 1400 nəfəri öldürdüyünü bildirib. Hücumdan sonra İsrail HƏMAS-a müharibə elan eib və Qəzzaya etdiyi davamlı bombardmanı minlərlə fələstinlinin ölümünə səbəb olub. HƏMAS-ın idarə etdiyi Fələstin Səhiyyə Nazirliyi anklavda ölənlərin sayının 9 mini keçdiyini bildirib.

Cümə günü İsrail təxminən bir ay əvvəl HƏMAS-ın İsrailə hücumundan sonra İsraildə ilişib qalan minlərlə fələstinli işçini geri göndərməyə başlayıb.

Müharibə başlayandan bəri Qəzza zolağında ilişib qalan xarici vətəndaşların ilk qrupu çərşənbə günü Misirə daxil olmağa başlayıb. Cümə axşamı daha çox insan gedib.

Cümə axşamı Dominikan Respublikasının prezidenti Luis Abinaderlə Oval Ofisdə görüşü zamanı Bayden deyib ki, ikili vətəndaşlığı olan 74 amerikalı təxliyə edilib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə daha 5 amerikalının çərşənbə günü Rəfah sərhəd keçid məntəqəsindən Qəzzanı tərk etdiyini bildirib.

"Bu, trayektoriyanın düzgün istiqamətdə getdiyinə dair müsbət işarədir. Biz onların hamısını mümkün qədər tez çıxarmaq istəyirik" - deyə, Kirbi bildirib.

Onun təxminlərinə əsasən, Qəzzada 1000-1200 ikili ABŞ vətəndaşları, qanuni daimi sakinlər və onların ailələri var.

Xarici pasport sahiblərinin ölkəni tərk etməsi üçün Rəfah sərhəd-keçid məntəqəsinin yenidən açılması Qətərin vasitəçiliyi ilə İsrail, Misir və HƏMAS arasında razılaşmanın bir hissəsidir.

Forum

XS
SM
MD
LG