Accessibility links

Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar arasında "OPEC+"un hasilatı kəsmək qərarı ilə bağlı fikir ayrılığı yaşanır


Səudiyyə Ərəbistanı ABŞ-ın etirazına baxmayaraq, OPEC+ qrupunun ötən həftə neft hasilatını azaltmaq qərarının "faktlara əsaslanmadığına" dair tənqidləri rədd edib və cümə axşamı bildirib ki, Vaşinqtonun hasilatı bir ay təxirə salmaq tələbi mənfi iqtisadi nəticələrə səbəb olar.

Ağ Ev cavab verərək, səudiyyəlilərə hazilatın azalmasının dünya iqtisadiyyatına zərər verə biləcəyini göstərən bir təhlil təqdim etdiyini və səudiyyəlilərin səsvermədə digər OPEC üzvlərinə təzyiq göstərdiyini iddia edib. Hər iki ölkənin rəsmilərinin vəziyyəti qısa zamanda müzakirə edəcəyi gözlənilir.

Onilliklər boyu təhlükəsizlik naminə enerji ittifaqında olan iki ölkə münasibətlərin soyuqluq dövrünü yaşayır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya da daxil olmaqla, bir neçə başqa müttəfiqlərindən ibarət istehsalçı OPEC+ qrupu keçən həftə hasilatı gündəlik 2 milyon barel azaltdığını açıqlayıb, baxmayaraq ki, ABŞ rəsmiləri həftələr boyu bu addıma qarşı çıxıb.

OPEC+ ixtisarı Vaşinqtonda, noyabr ayında ölkə boyu keçiriləcək aralıq seçkiləri ərəfəsində, Demokratların Nümayəndələr Palatası və Senat üzərində nəzarəti saxlamağa çalışdığı bir vaxt benzin qiymətlərinin yüksəlməsi ehtimalı ilə bağlı narahatlığı artırıb.

Prezident Co Bayden bu həftənin əvvəlində vəd edib ki, OPEC+ qrupunun bu addımının ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə "nəticələri olacaq."

Cümə axşamı Los-Ancelesə səfəri zamanı vəziyyətlə bağlı sualı cavablandıran Bayden jurnalistlərə "Biz onlarla danışmağa hazırlaşırıq" deyib.

XS
SM
MD
LG