Accessibility links

ABŞ Rusiyanın casuslara yüz minlərlə dollar məbləğində pul verdiyini bildirir


ABŞ-ın Baş prokuroru Erik Holder deyib ki, Rusiya bu 10 casusa kəşfiyyat məlumatlarının toplanması işində olduqca böyük önəm verirdi

ABŞ-ın Baş prokuroru Erik Holder deyib ki, casusların dəyişdirilməsil prosesinin bir hissəsi kimi Birləşmiş Ştatlar rəsmilərinin deportasiya etdiyi Rusiyanın 10 gizli agenti Moskvadan yüz minlərlə dollar məbləğində pul alıb.

Holder ABŞ televiziyasına müsahibə zamanı bildirib ki, Rusiya bu 10 casusa kəşfiyyat məlumatlarının toplanması işində olduqca böyük önəm verib. Lakin o bildirb ki, onlar Moksvaya məxfi heç bir məlumat göndərə bilməyiblər.

Birləşmiş Ştatlar on rus agentini keçən ay həbs edib onları Rusiyada qərbin xeyrinə casusluq etmək ittihamları ilə həbs edilmiş dörd nəfərə dəyişib.

XS
SM
MD
LG