Accessibility links

ABŞ Konqresinin komitəsi “Maqnitski qanunu”nu təsdiq edib


Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi “Maqnitski qanunu” adı il tanınan qanun layihəsini təsdiq edib.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümülə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Xarici Əlaqələr Komitəsində səsvermə nəticəsində qəbul edilmiş qanun layihəsi ilə Maqnitskinin həbsi və ölümündə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağa edilir və onların ABŞ-dakı hesabları dondurulur.

Xarici Əlaqələr komitəsindən sonra qanun Nümayəndələr Palatasında tam tərkibdə səsverməyə qoyulmazdan öncə daha iki komitədə təsdiq edilməlidir.

XS
SM
MD
LG