Accessibility links

ABŞ-la Rusiya arasındakı gərginliklər fonunda Blinken və Lavrov arasında qısa görüş olub


Cümə axşamı yüksək səviyyəli diplomatların G-20 (Böyük 20-lər) görüşü çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında qısa söhbət olub.

ABŞ rəsmiləri Blinken və Lavrovun Dehlidə keçirilən G-20 konfransı çərçivəsində təxminən 10 dəqiqə söhbət etdiklərini bildirib. Qısa görüş Vaşinqton və Moskva arasında münasibətlərin kəskin şəkildə pisləşdiyi, Rusiyanın Ukrayna ilə müharibəsi ilə bağlı gərginliyin artdığı bir vaxt baş verib.

Yüksək vəzifəli ABŞ rəsmisini bildirdiyinə görə, Blinken görüş zamanı Lavrova üç məqamı çatdırmaq istəyib: 1. ABŞ müharibə sona çatana qədər, lazım olan müddət ərzində Ukraynanı dəstəkləyəcək, Rusiya "Yeni START" nüvə müqaviləsində iştirakını dayandırmaq qərarını ləğv etməlidir və Moskva həbs etdiyi amerikalı Pol Villanı azad etməlidir.

Şəxsi söhbəti müzakirə etmək üçün adının açıqlanmasını istəməyən rəsmi jurnalistlərə Blinkenin Lavrovu ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi ilə bağlı hər hansı fikrindən "yayındırdığını" deyib.

Rəsmi Lavrovun cavabını bildirməkdən imtina edib və deyib ki, Blinken yaxın gələcəkdə Rusiyanın davranışında hər hansı dəyişiklik olacağı təəssüratı bağışlamağını bildirib.

Rusiya tərəf söhbətin mahiyyəti ilə bağlı açıqlama verməyib. Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Blinkenin Lavrovla danışmaq istədiyini bildirib.

Blinken və Lavrov sonuncu dəfə şəxsən 2022-ci ilin yanvarında Rusiyanın Ukraynanı işğalı ərəfəsində İsveçrənin Cenevrə şəhərində görüşüb. Həmin görüşdə Blinken Lavrova Rusiyanın planlaşdırdığı hərbi əməliyyatı davam etdirəcəyi təqdirdə üzləşəcəyi nəticələrlə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG