ABŞ-ın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, prezident Barak Obama Rusiya üzrə baş müşavirini bu ölkətə səfir vəsifəzinə nominasiya edəcək.
Cənab Obama keçmiş prezident Corc Buşun administrasiyası dövrü ikitərəfli münasibətlərin gərgin olduğu Rusiya ilə münasibətlərin yenidən yoluna qoyulmasının memarı olan Maykl Makfolun (Michael McFaul) nominasiyasını irəli sürməyə hazırlaşır.
New York Times qəzeti yazır ki, cənab Obama rusiyalı həmkarı Dmitri Medvedevi öz seçimi haqda keçən həftə Fransada məlumatlandırıb.
Makfol Milli Təhlükəsizlik Şurasında Rusiya və Avrasiya məsələləri üzrə baş direktordur.