Vaşinqton Post qəzetinin yazdığına görə ABŞ ölkə ərazisində hücumun izi Pakistana gedib çıxdığı halda, bu ölkəyə hücum etmək üçün plan üzərində işləyir.
ABŞ-ın yüksək səviyyyəli hərbi rəsmilərinə istinadə edən qəzet bildirir ki, Obama administrasiyası bu ayın əvvəli Pakistan mənşəli amerikalının Nyu Yorkda hücum cəhdindən sonra Pakistana hücumla bağlı yeni variantların nəzərdən keçirilməsini istəyib. ABŞ hökuməti bildirir ki, Feysəl Şahzad Pakistanda talibandan təlim alıb.
Qəzetin bugünkü nömrəsində adının açıqlanmadığı ABŞ hərbi rəsmilərinə istinadən bildirilir ki, Birləşmiş Ştatlar Pakistanda yalnız hazırkı hərbi əməliyyatlar kifayət etmədiyi ekstremal vəziyyətdə hücum həyata keçirə bilər.
Mərkəzi Kəşfiyyat agentliyi Əl-Qaidə və Taliban üzvlərinin gizləndiyi yerləri bombardman etmək üçün pilotsuz idarə edilən təyyarələrdən istifadə edir.