Accessibility links

Ağ Ev prezident Obamanın atıcılıqla məşğul olduğunu göstərən fotonu açıqlayıb



Ağ Ev rəsmiləri prezident Barak Obamanın stend atıcılığı ilə məşğul olduğu zaman gil boşqablara atəş açdığını göstərən foto-şəkli açıqlayıb.

Ağ Ev şənbə günü ictimaiyyət üçün foto-şəkli cənab Obamanın Merilend ştatında Kemp Deyvid prezident iqamətgahında həmişə stend atıcılığı ilə məşğul olduğu haqda şərhini təsdiqləmək üçün açıqlayıb. Prezident Obama atıcılıqla məşğul olduğunu The New Republic jurnalına açıqlayıb.

Foto-şəklin ictimaiyyətə açıqlanmasından öncə respuiblikaçı qanunverici Marşa Blakbern prezidentin stend atıcılığı ilə məşğul olduğu halda ictimaiyyətin bundan nədən xəbəri olmadığı ilə bağlı sual verib.

Cənab Obama Biləşmiş Ştatlarda silahlı zorakılıqların qarşısını almaq məqsədilə bir sıra qanunvericirilik aktlarının qəbul edilməsi haqda təkliflərlə çıxış edib. Lakin prezident ABŞ konstutisiyası ilə vətəndaşlara silaha malik olmaq hüququnu dəstəklədiyini bildirib.

Ağ Evin prezidentin ov tüfəngi ilə göstərildiyi foto-şəkli açpıqlaması ABŞ liderinin silahlı zorakılıqların qarşısını almaq üçün planın həyat keçməsinə çalışdğı vaxta təsadüf edir.

Prezident Obama silahlı zorakılıqların qarşısının alınması məsələsinə keçən ilin dekabr ayında Konnektikut ştatının Nyutaun şəhərinin ibtidai məktəbinəd 20 uşaq və 6 müəllimin qətlə yetirildiyi qətliamdan sonra verməyə xüsusi diqqəti verməyə başlayıb.
XS
SM
MD
LG