ABŞ-ın nüvə nəzarəti idarəsinin rəsmiləri təhlükəsizlik texnikası baxımından üç atom elektrik stansiyasını yaxından izləyir. ABŞ-ın Nüvə Nəzarəti Komissiyasının rəhbəri Qreqori Yahtsko Konqresdə qanunvericilərə deyib ki, agentlik əvvəllər müşahidə edilmiş problemlərə görə bu üç atom elektrik stansiyasından narahatdır. O, stansiyaların adlarını çəkməyib, lakin agentliyin sözçüsü bunların Cənubi Karolina, Nebraska və Kanzas ştatlarında mövcud stansiyalar olduğunu bildirib. Rəsmilər bu AES-lərin hazırda normal fəaliyyət göstərdiyini bildirir. Yaponiya nüvə böhranından sonra ABŞ rəsmiləri atom elektrik stansiyalarının fəaliyyətini indi yenidən nəzərdən keçirir. Birləşmiş Ştatlarda 104 nüvə reaktoru var.