Accessibility links

Amerikadakı bəzi müsəlman ailələr Ramazan bayramını unikal yollarla qeyd edir


Amerikadakı bəzi müsəlman ailələr Ramazan bayramını unikal yollarla qeyd edir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Amerikadakı bəzi müsəlman ailələr Ramazan bayramını unikal yollarla qeyd edir

ABŞ-da bir çox insan üçün bayramlar evlərinin qarşısını bəzəmək deməkdir. Ümumiyyətlə bu dekorasiyalar Qərbdə qeyd edilən bayramlara təsadüf edir. İndi bəzi müsəlman ailələr Ramazan bayramını qeyd etmək üçün unikal yollar axtarır.

Amerikada evlər bayramlarda bəzədilir. Onlar oktyabr ayında Halloween üçün qorxunc və Milad kimi digər bayramlarda şən dekorasiyalarla bəzədilir.

Bu, Əfqanıstandan ABŞ-a mühacirət etmiş iki uşaq anası Ayişə Sübhana həmişə maraqlı görünüb.

"Mən və uşaqlarım küçənin hər tərəfində işıqlar və dekorasiyalara heyran oluruq. Ona görə də biz qış mövsümündə hər axşam küçədə gəzirik," o deyir.

Gördüklərindən ilhamlanan Sübhan öz bəzək dekorasiyalarını müsəlmanlar üçün yaratmağa başlayıb. O, hazırda Kaliforniyanın Sakramento şəhərində yaşayır və burada keçən il Era Trend mağazasını açıb.

Qismən qızının adını daşıyan mağazada o, müsəlmanlara uyğun dekorasiyalar təklif edir.

"Bu işə başlamağımın səbəbi uşaqlarımdır. Onların sevdiyi bu dekorasiyalara baxanda həyəcanını gördükcə digər valideynlərin də uşaqları üçün eyni hissləri keçirdiyinə əminəm. Lakin təəssüf ki, onlar bunu edə bilmir.”

Buna görə də İndoneziyadan olan amerikalı müsəlman Ake Pangestuti-Venq San-Fransiskonun körfəz bölgəsindəki evini Sübhanın dizayn etdiyi Ramazan bayramı bəzəkləri ilə bəzəmək istəyib.

"Ramazan ayında evin içərisini bəzəməyi də sevirik. Ətrafımızda dualar var. Bu, uşaqlarımıza evdə olduqları zaman böyük təcrübə qazandırır."

Onun kiçik qızı Qvin bununla razılaşır.

"Düşünürəm ki, bayrama qərq olmaq çox gözəldir. Evimizi üzərində Ramazan və Bayram yazan pankartlar və şarlarla bəzədik. Məncə, bu, çox əyləncəlidir", Qvin Ven deyir.

Müsəlman din xadimi Adi Sumandi deyir ki, evlərin qarşısının bəzənməsinə qarşı heç bir dini göstəriş yoxdur və o, bunun müsbət fikir olduğunu düşünür.

"Bu, insanın dininin nümayişinin bir hissəsi ola bilər. Bu, əsasən də uşaqlara Ramazanın olduğunu göstərir. Uşaqlar oyun, əyləncə əhval-ruhiyyəsini dərk edir. Ona görə də bu dekorasiyalar mənfi deyil, müsbət rol oynayır. Uşaqlar İslamı "qiyamət və zülmət" kimi təkcə ciddi şeylərdən ibarət kimi görmürlər. İslamı "əyləncəli" bir şey kimi görə bilirlər," o bildirir.

Bir çox mühacir icmaları kimi ABŞ-dakı indoneziyalı müsəlmanlar da bir-birinə yaxındır və çoxları dua etmək üçün Ramazanda bir araya gəlir. İndi isə qeyri-müsəlman qonşuları kimi onlar da bayramda evlərinin çəmənliklərini bəzəməklə bu dekorasiyalarla öz sevinclərini bölüşə və inanclarını bayram edə bilir.

XS
SM
MD
LG