Birləşmiş Ştatlar Yaxın Şərqdə baş qaldırmış etiraz nümayişlərinə reaksiya olaraq islahatlar aparılmasına çağırır. Birləşmiş Ştatların BMT-dəki səfiri Süzan Rays bu gün NBC tele-şirkətinə müsahibə zamanı deyib ki, islahatlar və dəyişikliklər istəyi keçib-getmir və onlara cavab verilməlidir. O, Liviyada zorakılıqlara son qoylmasının vacibliyini xüsusi vurğulayıb. Səfir Rays deyib ki, işsizlik səviyyəsinin yüksək olduğu və siyasi açıqlıq olmayan ölkələrdə status-kvo vəziyyəti davam edə bilməz. O qeyd edib ki, bu şərait özü-özlüyündə qeyri-sabitlik deməkdir.