Accessibility links

ABŞ rəsmiləri İslam əleyhinə mübahisəli filmin rejissorunu dindiriblər


Nakula Bessele insan ölümünə görə kədərləndiyini, lakin filmin çəkilməsinə təəssüflənmədiyini deyib

Amerika rəsmiləri müsəlman dünyasında zorakı etiraz nümayişlərinə səbəb olmuş islam əleyhinə filmin rejissoru olduğu ehtimal edilən Nakula Bessele Nakulanı sorğu-sual ediblər.

Lo-Anjeles dairəsinin polis rəisi Nakulanın 2010-cu ildə bank fırıldaqçılığı ilə əlaqədar aldığı şərti cəzanın şərtlərini pozub-pozmması ilə bağlı sorğu-sualda könüllü olaraq iştirak etmək istədiyini bildirib.

Rəsmilərin bildirdiyinə görə, Nakulanın şərti cəzasını çəkdiyi 5 il müddətində polisin icazəsi olmadan kompyuterlər və internetdən istifadə edilməsi qadağan edilib.

“Müsəlmanların Məsumiyyəti” adlı film Məhəmməd Peyğəmbəri məsxərəyə qoyduğu üçün Yaxın Şərq, Afrika və Asiya ölkələrində böyük etirazlarla qarşılanmışdır.

ABŞ hökumətinin maliyyəşdirdiyi Sawa radiosuna verdiyi müsahibə zamanı filmin rejissoru olduğu ehtimal edilən şəxs deyib ki, “ərəblər dinc nümayiş keçirməyi öyrənməlidir”. O, ABŞ hökumətinin filmin yaradılmasında iştirak etdiyi haqda iddiaları rədd edib.

Nakula olduğu ehtimal edən şəxs radionun suallarını cavablandıraraq deyib ki, o, filmin ərəb-müsəlman dünyasında belə bir reaksiyaya səbəb olacağını gözləmirdi. Onun sözlərinə görə, filmin bütün məsləhətçiləri ərəblər haqda heç bir məlumatı olmayan və heç bir ərəb ölkəsinə bir dəfə də olsun səfər etməyə xaricilər olub. Nakula ABŞ səfiri və başqa insanların ölümünə görə kədərləndiyini deyib, lakin əlavə edib ki, filmin çəkilməsinə görə təəssüf hissi keçirmir.


Sawa radiosunun bildirdiyinə görə, müsahibə verən şəxs kimliyini açıqlamaqdan imtina edib, lakin əlaqə telefonlarını radioya verən mənbə onun Nakula Bassele Nakula olduğunu təsdiq edib.

Bir neçə xəbər agentliyi etirazlara səbəb olmuş filmin 55 yaşlı qibti xristian Nakulaya aid olduğunu bldirib.

İlkin məlumatlarda filmin Sam Basil adlı Amerika yəhudisi tərəfindən istehsal edildiyi bildirilmişdi. Lakin filmin məsləhətçisi “Sam Basil” adının təxəllüs olduğunu demişdir. Nə film, nə də onun müəllifi haqad Hollivudda heç bir məlumat yodur.
XS
SM
MD
LG